Əsas Səhifə > Ölkə > RƏSUL QULİYEV ALMANİYA GÖRÜŞLƏRİNDƏ DÖRD HƏDƏFDƏN DANIŞIB
RƏSUL QULİYEV ALMANİYA GÖRÜŞLƏRİNDƏ DÖRD HƏDƏFDƏN DANIŞIB20-01-2012, 15:16 |
ACP LİDERİ BERLİN GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİR Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Berlin görüşlərini davam etdirir. Almaniyadan “Media forum” saytına verilən məlumata görə, yanvarın 18-də və 19-da sabiq spiker Bundestaqda xarici əlaqələr komitəsi sədrinin müavini Hans-Ulriç Kloze, Xristian Demokrat İttifaqı Partiyasından deputat, xarici əlaqələr komitəsinin sədri Rupreçt Polenz, solçular fraksiyasının deputatları Barbara Höll, Stefan Liebiçlə bir araya gəlib. Rəsul Quliyev görüşdüyü şəxslərə Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkisinin saxtalaşdırlmasının qarşısını almaqda qətiyyətli olduğunu deyib. O, dörd istiqamətdə çalışmaq istədiyini dilə gətirib: ABŞ Konqresində Azərbaycanda demokratiyanın vəziyyəti barədə dinləmələrin təşkili və qətnamə qəbul olunması; Avropa Şurası, Avropa Parlamenti və ATƏT-in Azərbaycanda seçki saxtakarlığı əleyhinə sərt qərarlar qəbul etməsi; BMT-də görüşlər keçirib demokratik seçkiləri və insan haqlarının müdafiəsi məsələsini ön plana çıxarmaq; Azərbaycanda saxtakarlığın qarşısını almaq üçün müqavimətin təşkili. 1993-1996-cı illərdə Milli Məclisin sədri olmuş Rəsul Quliyev 15 ildən çoxdur ABŞ-da mühacir həyatı yaşayır. Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb. Bu ay Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyası Klassik Xalq Cəbhəsi, Aydınlar, Liberal Demokrat, Azadlıq partiyaları ilə birgə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaradıb. Geri qayıt |