Əsas Səhifə > Ölkə > XƏZƏRDƏ FACİƏ

XƏZƏRDƏ FACİƏ


28-09-2011, 14:38
XƏZƏRDƏ FACİƏ

İKİ NEFTÇİMİZ BOĞULARAQ ÖLÜB

Xəzər dənizində bədbəxt hadisə baş verib. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib.

Hadisə sentyabrın 27-dən 28-ə keçən gecə Neft Qaz Çıxarma İdarəsinin (NQÇ) Xəzər dənizində yerləşən 14 saylı platformasında qeydə alınıb. NQÇ-nın iki əməkdaşı – 1971-ci il təvəllüdlü Quliyev Hüseyn Yaşar oğlu və 1985-ci il təvəllüdlü Əliyev Vüqar Qəzənfər oğlu ehtiyatsızlıqdan dənizə düşərək boğulublar. Həyata keçirilən tədbirlər nəticəsində onların hər ikisinin meyiti dənizdən tapılaraq çıxarılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Geri qayıt