Əsas Səhifə > Dünya > AVROPA BİRLİYİ ARTIQ TÜRKİYƏYƏ "VIZ GƏLİR"...

AVROPA BİRLİYİ ARTIQ TÜRKİYƏYƏ "VIZ GƏLİR"...


17-10-2013, 10:13
AVROPA BİRLİYİ ARTIQ TÜRKİYƏYƏ "VIZ GƏLİR"...
Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ölkə vətəndaşları üçün öz cazibədarlığını itirib. Trend-in Türkiyənin "Haber 7" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bildirib.
Onun sözlərinə görə, əgər daha əvvəl ölkə əhalisinin 75 faizi Türkiyənin Aİ-yə daxil olmasını dəstəkləyirdisə, hazırda bu göstərici 20 faizə bərabərdir.
Baş nazirin müavini, o cümlədən əlavə edib ki, bu vəziyyətdə günahkar öz Avropa İttifaqının özüdür.
Arınç bildirib: "Aİ-nın Türkiyəyə qarşı tətbiq etdiyi ikili standartlara baxmayaraq, rəsmi Ankara ölkənin bu təşkilatda tamhüquqlu üzv olması üçün əlindən gələn hər şeyi edirdi".

DİA.AZ bildirir ki, qardaş Türkiyədə hakim AKP əslində məhz Avropa Birliyi ideyası ilə iqtidar olmağı bacarmışdı. İndi isə aydın olur ki, bütün bunlar görüntü imiş. Yəni ilk başdan xilafətin varisi olan müsəlman Türkiyənin əslində Xristian Tacirlər Birliyi ideyası üzərində qurulmuş Avropa Birliyinə alınmayacağı aydın idi və Ərdoğan iqtidarı bu həqiqəti görməməsi ittihamı ilə qınanırdı. Bəlli olur ki, onlar bu həqiqəti görürmüşlər. Sadəcə xalqın Avropa Birliyi sevdası üzərində oynamaq zorunda imişlər...

Geri qayıt