Əsas Səhifə > Hadisə > “RABİTƏ TİKİNTİ” ASC QƏZETİ HƏDƏFƏ ALIB

“RABİTƏ TİKİNTİ” ASC QƏZETİ HƏDƏFƏ ALIB


23-01-2012, 15:43
“RABİTƏ TİKİNTİ” ASC QƏZETİ HƏDƏFƏ ALIB

“AÇIQ BİLDİRİRLƏR Kİ, HAKİMİ DƏ SATIN ALIBLAR”

«Rabitə Tikinti» ASC-nin sədri Məmmədov Namazalı «İrəvan Pess» qəzetini məhkəməyə verib. Bu barədə redaksiyamıza «İrəvan Press»dən məlumat verilib.

«İrəvan Press»in nümayəndəsi DİA.AZ-a bildirib ki, ASC sədri əslində redaksiya ilə açıq ədavətdədir: «Məhkəməyə qədər Namazalı Məmmədov bizi hədələyib və müxtəlif formada təzyiqlər edib. İndi də məhkəməyə müraciət etmə xəbərini almışıq».

«İrəvan Press»dən bildiriblər ki, əllərində kifayət qədər ciddi faktların olmasına baxmayaraq Məmmədov Namazalının əsl kimliyi barədə ictimaiyyəti məlumatlandıra bilmirlər: «Doğrusunu, yazsaq, bu nə etik normaya uyğundur, nə də KİV haqqında qanunun müddəalarına. İndi belə bir əxlaq sahibi olan şəxs bizi məhkəməyə verib. Və açıq şəkildə bildirir ki, hakimi belə satın alıb, məhkəmədə əleyhimizə qərar çıxartdıracaq».


Geri qayıt