Əsas Səhifə > Hadisə, Manşet > RÖVNƏQ ABDULLAYEV BÖYÜK XƏRCƏ DÜŞÜB

RÖVNƏQ ABDULLAYEV BÖYÜK XƏRCƏ DÜŞÜB


23-01-2012, 16:06
RÖVNƏQ ABDULLAYEV BÖYÜK XƏRCƏ DÜŞÜB

ARDNŞ PREZİDENTİNİN İNTERNETDƏ BƏYƏNDİYİ MAŞINLA BAĞLI QALMAQAL

DİA.AZ: - Oliqarxlarımızın pullara olan münasibətdə həddən-ziyadə israfçı olmaları faktı hər kəsə məlumdur. Hər halda, bu vaxta qədər açıqlanan faktlar da təsdiqləyir ki, öz övladlarının bir aylıq istirahətlərinə 100-150 min manat pul xərcləməyə hazır olan məmurlar büdcədən, yəni xalqdan taladıqları pulları sağa-sola xərcləməkdədirlər.

Elə onların sırasında ARDNŞ prezidenti Rövnəq Abdullayevin də adı hallanmaqdadır. Doğrudur, onun bu günə kimi əsas israfçılıqları dövlət adına şhəyata keçirilən tədbirlərlə bağlı olsa da, yəni əsasən atəşfəşanlığa 200-300 min manat pul xərcləməsi xəbəri daha çox eşidilsə də, bilmədiyimiz, duymadığımız israfçılıqları da yetərincədir.

Amma bəzi qaynaqlar ARDNŞ prezidentinin səxavətindən də daha çox xəbər verirlər. Məsələn, bildirilir ki, 2008-ci ildə ARDNŞ prezidentinin maşını «Gənclik» metrostansiyası yaxınlığında qəza törədib. Günahkar Rövnəq Abdullayevin sürücüsü olub və o, yol ilə keçən qadın sürücülərdən birinin idarə etdiyi «Hyunday» markalı maşını vurub. Mənbə bildirir ki, hadisə zamanı maşının içində olan ARDNŞ prezidenti həmin qodın sürücüyə idarə etdiyi avtomobilin tam pulunun ödənilməsi barədə yaxınlarına göstəriş verib.

Daha bir fakt. Keçən ilin sentyabr ayında ARDNŞ prezidenti 20 Sentyabr - Neftçilər Günü ilə bağlı düzənlənən tədbirdən sonra Milli Park ərazisində çayxanada çay içmiş və sonra yaxınlıqdan keçən Bakı sakinlərinə ümumi olaraq 10 min dollar həcmində pul dağıdıb.

Bu dəfə redaksiyamıza ötürülən faktda isə ARDNŞ prezidentinin aldanmasından danışılır. Məlumatlı mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) bildirdiklərindən belə aydın olur ki, Rövnəq Abdullayev təxminən ay yarım öncə internet portallarının birinin araçılığı ilə Almaniya brendi olan «mercedes» firmasına avtomobil sifariş edib: «Qiyməti təxminən 250 min avroya olan həmin avtomobilin sifarişi sən demə fırıldaqçı bir şirkətə edilib. Və ARDNŞ prezidenti portal tərəfindən təqdim olunan bank hesabına 250 min avro pulu köçürsə də, deyilən vaxta maşın Azərbaycana gəlməyib».

Mənbəmiz bildirir ki, bundan sonra ARDN prezidenti hətta araşdırmalar da apartdırıb və məlum olub ki, araçılıq edən internet portalı bu yolla ayrı-ayrı ölkələrdə yüzlərlə insanı aldadıb. Və həmin qurbanlardan biri də Rövnəq Abdullayev olub.


Geri qayıt