Əsas Səhifə > Ölkə > GÜLƏR ƏHMƏDOVA CAVAB VERDİ
GÜLƏR ƏHMƏDOVA CAVAB VERDİ25-01-2012, 16:04 |
“HƏR KƏS BİLİR Kİ, BU ADAMLAR YANLIŞ YOLDADIRLAR” “Əvəz Zeynallının mənimlə telefon danışığı barədə ekspertizanın hansı rəy verməsindən yalnız mətbuatdakı informasiya vasitələri ilə xəbər tutmuşam. Bu xəbərdən görünürki onlar təkrar ekspertiza tələbi ilə iddia qaldırıblar. Təəssüf ki, onlar bu yolla vaxtı uzadırlar. Axı ortada əlahəzrət fakt var. İstəyirsən bir dəfə deyil, lap on dəfə ekspertiza təyin elə, bu adamlar nəyi və necə dəyişmək istəyirlər? Ancaq maraqlıdır ki, onlar, Əvəz Zeynallının müdafiəçiləri də bu faktın baş verdiyinin fərqindədirlər”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində ondan rüşvət tələbinə görə şikayətçi olan Gülər Əhmədova bildirib. Onun sözlərinə görə, Ə.Zeynallı həbs edildikdən sonra onunla bağlı yaradılan müdafiə düzgün təşkil edilməyib. G.Əhmədova Ə.Zeynallının müdafiəçilərinin əslində situassiyanı gərginləşdirdiklərini, baş redaktorun ziyanına işlədiklərini deyib: “Hüquqdan baş çıxan insanlar bilirlər ki, bu adamlar yanlış yoldadırlar” . Millət vəkili Ə.Zeynallının həbsinin siyasiləşdirilmə cəhdlərinin də fiaskoya uğradığını diqqətə çatdırıb: “Bu ölkədə heç kəs, hətta müxalifət belə səmimiyyətlə deyə bilməz ki, “Xural” qəzetinin baş redaktoru məhz peşə fəaliyyətinə görə həbs edilib. Hamı bilir ki, “Xural” nə “Azadlıq”, nə də “Müsavat” qəzeti deyil. Bu qəzetin heç bir siyasi platfoması da olmayıb. Bütün nömrələrini götürüb baxsan, orada şər-böhtan və qarayaxma tapa bilərsən. Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, bu adam konkret fakt əsasında saxlanılıb. Yaxşı olar ki, bu fakta uyğun olaraq onun ətrafındakı adamlar müdafiə tədbirləri həyata keçirsinlər. Müxtəlif yollarla vaxt udmaq və daha çox hay-həşir salmaq heç bir nəticə verməyəcək, əksinə onların ziyanına işləyəcək” Geri qayıt |