Əsas Səhifə > Gündəm, Manşet > ASİM MOLLAZADƏ SƏDRLİKDƏN GEDİR

ASİM MOLLAZADƏ SƏDRLİKDƏN GEDİR


29-09-2011, 11:52
ASİM MOLLAZADƏ SƏDRLİKDƏN GEDİR

ONUN YERİNƏ “AZADLIQ”IN SABİQ BAŞ REDAKTORU GƏTİRİLİR

DİA.AZ: - Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının növbəti toplantısı olub. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın 3-cü qurultayına hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatları dinlənilib.

Siyasi Şura partiyanın 3-cü qurultayının 7 oktyabr 2011-ci il tarixində keçirilməsi ilə bağlı qərar qəbul edib.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) daxil olan informasiyada isə bildirilir ki, bu dəfəki qurultayda partiyanın hazırki sədri, deputat Asim Mollazadə rəhbər postuna namizədliyini irəli sürməyəcək.

Bu barədə partiyaiçi qaynağın xəbərinə görə, ADİP-ə yeni sədr kimi Gündüz Tahirlinin gətirilməsi planlaşdırılır. Qeyd edək ki, bir zamanlar “Azadlıq” qəzetinin baş redaktoru olmuş Gündüz Tahirli ADİP-də fəallıq etməsə də, siyasətə dönmək niyyətindədir.


Geri qayıt