Əsas Səhifə > Ölkə > “YENİ BAŞQAN SEÇKİSİ TƏXİRƏ SALINMALIDIR”

“YENİ BAŞQAN SEÇKİSİ TƏXİRƏ SALINMALIDIR”


26-01-2012, 13:15
“YENİ BAŞQAN SEÇKİSİ TƏXİRƏ SALINMALIDIR”

İSA QƏMBƏRİN QALMASI ÜÇÜN TƏŞƏBBÜSLƏR VAR

“Demişəm, bir daha təkrar edirəm, indiki halda Müsavat Partiyasında başqan seçkisinin keçirilməsi məqsədəuyğun deyil”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü, professor Nüşabə Sadıxlı deyib. N. Sadıxlı bildirib ki, bəzi Türkiyə və Azərbaycan ziyalılarının, Müsavat Partiyası üzvlərinin yeni başqan seçilməsi məsələsinin təxirə salınması ilə bağlı mövqeyi var: “Onlar İsa bəyə müraciət ediblər ki, başqanlıq məsələsi bu qurultayda həll olunmasın. Mən də belə düşünürəm ki, yeni başqan seçkisi təxirə salınmalıdır. Həm də düşünürəm ki, İsa bəy bu qədər insanın sözünü yəqin ki, eşidər”.

N. Sadıxlı Müsavat başqanının müavini Arif Hacılı və digərlərinin başqanlığa namizədliyini irəli sürmək niyyətinə isə hörmətlə yanaşdığını söyləyib: “Mən hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Təbii ki, başqanlıq seçkisi məsələsi bu qurultayda olacaqsa, Arif bəy də, digər bəylər də namizədliyini irəli sürəcək. “Başqan seçkisi olmalıdır” deyən kəslər Nizamnaməyə dəyişiklik edilməsini istəməyənlərdir. Onların fikrinə hörmət edirəm. Amma eyni zamanda düşünürəm ki, onlar da digərlərinin fikirlərinə hörmət etməlidirlər. Əgər qurultay qərar versə ki, başqan seçkisi təxirə salınsın, onda həmin şəxslər başqalarının fikirlərinə hörmət etmək zorunda qalacaqlar”.

N. Sadıxlı onu da əlavə edib ki, əgər başqanlıq seçkiləri təxirə salınmazsa, yalnız o vaxt namizədliyini irəli sürməklə bağlı qərar verə bilər.


Geri qayıt