Əsas Səhifə > Gündəm, Manşet > FİZULİ ƏLƏKBƏROV ŞİRKƏTİNDƏ İXTİSARLAR APARDI

FİZULİ ƏLƏKBƏROV ŞİRKƏTİNDƏ İXTİSARLAR APARDI


4-11-2013, 09:07
FİZULİ ƏLƏKBƏROV ŞİRKƏTİNDƏ İXTİSARLAR APARDI
KEÇMİŞ NAZİR ƏVVƏLKİ KOMFORTDAN ARTIQ VAZ KEÇMƏK ZORUNDADIR

DİA.AZ: - Nazir postundan alınandan sonra Fizuli Ələkbərovun əlindəki digər imkanların da məhdudlaşdırılması yolunda bir sıra addımlar atılması ilə bağlı məlumatlar yayılmağa başlayıb. Məsələn, xəbərlərdə deyilir ki, artıq keçmiş əmək və əhalinin sosial müdafiə nazirinin ailəsinə məxsus olan «İmproteks» şirkətinə əl qoyulub, eyni zamanda Füzuli Ələkbərovun Cüdo Federasiyasının rəhbərliyindən gedəcəyi də gözlənilir.

Bununla bağlı DİA.AZ-a açıqlama verən məlumatlı mənbə bildirir ki, əslində Fizuli Ələkbərova və qardaşlarına məxsus olan «İmproteks» şirkəti əvvəlindən bir sıra qısıtlamalara getmək zorundi idi ki, bu da şirkətin böhran keçirməsilə əlaqədardır. Amma «İmproteks»in Fizuli Ələkbərovdan və qardaşlarından alınması… bu, tamamən yalan bir xəbərdir.

Məlumatlı mənbənin söylədikləri: ««İmproteks» var olanda belə Fizuli Ələkbərov vəzifə başında deyildi. Yəni əvvəlindən şirkət var idi. Və sonradan bu şirkətin rəhbəri kimi, Fizuli Ələkbərovun qardaşı Nizami Ələkbərov Mingəçevir şəhərindən parlamentə deputat seçildi. Amma bu məsələ çox dayanıqlı olmadı. Lakin bu dəfə günəş Fizuli Ələkbərovun üzünə güldü və o, Əli Nağıyevin «vurulmasının» ardından ƏƏSMN-ə rəhbər gətirildi».

Mənbəmiz iddia edir ki, bu gün Azərbaycanda əsasən texniki avadanlıqların, məişət texnikasının, avtomobillərin satışını həyata keçirən «İmproteks» şirkətinin eyni zamanda avtosalonları və son illərdə passivləşən «İmair» Hava Yolları kampaniyası da var: «Zamanında bu kampaniya hava uçuşları da həyata keçirib. Biznes reyslər təşkil edib. Amma sonradan… bəlkə də «yuxarıların» məsələhətilə Ələkbərov qardaşları bu sahədən geri çəkildilər və yalnız xəfif formada mövcudluqlarını qoruyurlar».

O ki, qaldı «İmproteks»dəki böhrana, bununla bağlı danışan mənbə DİA.AZ-a açıqlamasında bildirdi ki, Fizuli Ələkbərov vəzifəsindən alınandan sonra həqiqətən də «İmproteks»də silkələnmələr olub. Amma bu silkələnmə o demək deyil ki, şirkət Ələkbərov qardaşlarından alınıb. Əksinə, Ələkbərov qardaşları başqalarını işdən çıxarıblar. Şirkətin təxminən 20-yə yaxın çalışanı ixtisar nəticəsində çölə atılıb. Və ixtisarların bu gün də davam edəcəyi gözləniləndir».

Mənbəmiz iddia edir ki, artıq «yorğanına görə ayaq uzatmalı» olduğunu bildirən sabiq nazir müəyyən komfortlardan vaz keçmək zorundadır: «Təbii ki, bu gün «İmproteks»də aparılan ixtisarlar, əslində istənilən bir şirkət üçün vacib olan ixtisarlardır. Amma «İmproteks»də bu addım ona görə atılmırdı ki, Fizuli Ələkbərov nazir idi və onun imkanları hətta lazıamsız olan ştatların qorunması üçün yetərli idi».

Məlumatı verən mənbəmiz onu da əlavə etdi ki, Fizuli Ələkbərov eyni zamanda Cüdo Federasiyasının rəhbərliyindən gedəcək və bu barədə qurumun yaxın vaxtlarda toplantısının keçirilməsi də gözlənilir. Həmin vəzifəyə isə Səlim Müslümovun gətirilmə ehtimalları da yüksəkdir. Yəni buradan da belə anlaşılır ki, keçmiş Dövlət Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümov Fizuli Ələkbərovu bütün postlarda əvəzləyəcək.

Geri qayıt