Əsas Səhifə > Şou-biznes > AÇIQ-SAÇIQ FİLMƏ ÇƏKİLƏN VƏFA ƏRİNİ TƏRİFLƏDİ

AÇIQ-SAÇIQ FİLMƏ ÇƏKİLƏN VƏFA ƏRİNİ TƏRİFLƏDİ


14-11-2013, 09:41
AÇIQ-SAÇIQ FİLMƏ ÇƏKİLƏN VƏFA ƏRİNİ TƏRİFLƏDİ
"SÜBUT ETDİ Kİ, MƏNİ SEVİR"

Əməkdar artist Vəfa Zeynalova həyat yoldaşından danışıb.

Axşam.az-ın məlumatına görə, aktrisa “Lider” telekanalında yayımlanan “Pərdə” verilişinə açıqlamasında “İlahi məxluq” filmindəki açıq-saçıq səhnələrdən söz açıb. V. Zeynalova bu qalmaqalın ailəsini daha da möhkəmləndirdiyini bildirib:

“Neçə ildən sonra həyat yoldaşım bir daha sübut etdi ki, o, həqiqətən, məni sevir. Biz əmin olduq ki, evlənmək qərarımızda heç yanılmamışıq. Mən anayam, həyat yoldaşıyam, kiminsə qızı, kiminsə bacısıyam, o sözlər deyilməməliydi. Göbələk olub yerdən çıxmamışam ki, hərə nə istəyir desin, yazsın. Amma bunu yazanlar bilsin ki, ailəmdə heç bir problem yarada bilmədilər. Əksinə, bizi daha da möhkəmləndirdilər”.

Geri qayıt