Əsas Səhifə > Ölkə, Manşet > ELŞAD ABDULLAYEV HƏBS OLUNARAQ BAKIYA GƏTİRİLƏCƏK

ELŞAD ABDULLAYEV HƏBS OLUNARAQ BAKIYA GƏTİRİLƏCƏK


18-11-2013, 14:58
ELŞAD ABDULLAYEV HƏBS OLUNARAQ BAKIYA GƏTİRİLƏCƏK
BU ADDIMIN ATILMASINA AZ QALIB

DİA.AZ: - Az əvvəl məlum oldu ki, Azərbaycanın "Ekstradisiya haqqında" Avropa Konvensiyasının Üçüncü Əlavə Protokoluna qoşulması barədə qanun qüvvəyə minib. Yayılan informasiyaya görə, Azərbaycan Prezidenti İlham Əliyev "Ekstradisiya haqqında" Avropa Konvensiyasının Üçüncü Əlavə Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara almışdı ki, Azərbaycan Respublikası "Ekstradisiya haqqında" Avropa Konvensiyasının 2010-cu il noyabrın 10-da Strasburq şəhərində imzalanmış Üçüncü Əlavə Protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatları ilə qoşulsun.

DİA.AZ-a bu barədə danışan mənbə isə imzalanan qanunun həm də başqa bir səbəbdən faydalı olmasına toxunub. Söhbət neçə müddətdir ki, axtarışa verilən və hazırda Fransada yaşayan, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı məqamdan gedir.

Məlumatlı mənbənin söylədikləri: «Neçə müddət idi ki, Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunması məsələsi məhz bu qanun boşluğu səbəbindən mümkün olmurdu. Bəziləri iddia edir ki, Elşad Abdullayevi Azərbaycan dövləti axtarışa verməyib. Amma bu belə deyil.

Orqan alveri ittihamı ilə keçmiş rektor Azərbaycan tərəfinin təşəbbüsü ilə interpol vasitəsilə axtarışdadır. Və hətta Fransada bir dəfə saxlanılıb da. Məhz bu hüquqi boşluq səbəbindən Fransa tərəfi Elşad Abdullayevi Azərbaycana təhvil verməyərək, sərbəst buraxıb.

İndi isə artıq keçmiş rektorun Azərbaycana gətirilməsi üçün heç bir maneə mövcud deyil.

Geri qayıt