Əsas Səhifə > Ölkə, Manşet > SƏFƏR ƏBİYEVDƏN MAŞINLARIN HAQQ-HESABI SORULUB
SƏFƏR ƏBİYEVDƏN MAŞINLARIN HAQQ-HESABI SORULUB19-11-2013, 14:53 |
ZAKİR HƏSƏNOV ARAŞDIRMA APARIR DİA.AZ: - Müdafiə Nazirliyinə aid “UAZ” markalı avtomobillərin cəbhə bölgəsinə göndərilməsi hər hansı hərbi məqsədə bağlı deyil. Bu haqda hərbi ekspert Üzeyir Cəfərli bildirib. Onu sözlərinə görə, nazilriyə aid avtomobil parkına baxış keçirən nazir Zakir Həsənov həddən artıq avtomobilin parkda istfadəsiz qaldığını görüb. Xarici marka avtomobilləri nazilriyin idarə və şöbə rəislərinin ixtiyarına verib. Adi çəkilən “UAZ” markalı avtomobillər isə cəbhə bölgəsində xidmət keçən tabor komandirlərinin istifadəsinə göndərilib. Bundan əlavə, hərbi ekspert komandir heyətinin avtomobillərlə təmin olunması üçün nazilriyin yeni maşınlar alacağını bildirib. Bildirək ki, bu barədə DİA.AZ-a maraqlı bir məlumat da daxil olub. Məlumatı verən mənbə iddia edir ki, artıq sözügedən faktla bağlı keçmiş müdafiə naziri Səfər Əbiyev sorğu-sual olunub. Mənbə iddia edir ki, bu vaxta qədər nazirliyə alınan avtomobillərdən istifadə olunmaması, onlardan maket kimi yararlanması faktı ilə bağlı araşdırma aparan nazirliyin ekspertlərinə yeni müdafiə naziri tərəfindən «Səfər Əbiyevi də soruşdurun» şəklində təlimat verilib və bu təlimat da icra olunub. Geri qayıt |