Əsas Səhifə > Ölkə > 3 MİN MÜƏLLİM HƏDƏFDƏ

3 MİN MÜƏLLİM HƏDƏFDƏ


31-01-2012, 13:26
3 MİN MÜƏLLİM HƏDƏFDƏ

65 YAŞ MƏSƏLƏSİ “DOMOKL QILINCI” KİMİ DURUB

“Azərbaycanın orta məktəblərində 65 yaşı tamam olmuş 3 minə yaxın müəllim və məktəb direktoru çalışır. Onlar hazırda fəaliyyətlərini davam etdirirlər”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə edilməsi şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, orta məktəblərlə öz fəaliyyətlərini davam etdirən 65 yaşlı müəllim və direktorlar ilə isə bir il ərzində müqavilə imzalanıb: “Tədris ili ərzində hər hansı müəllimin 65 yaşı tamam olursa, onun dərhal fəaliyyətini dayandırıb məktəbdən getməsi problemlər yaradır. Onlara tədris ilinin sonuna kimi şans vermək lazımdır. Yeni dərs ilindən onların da pedaqoji fəaliyyətinə baxılacaq”.

F. Qədirov deyib ki, ölkənin ümumtəhsil məktəblərində yaş senzi ilə əlaqədar 300-ə yaxın məktəb direktoru, 10 minə yaxın müəllim işdən azad olunub.


Geri qayıt