Əsas Səhifə > Ölkə, Manşet > TƏHSİL SİSTEMİNDƏ İLGİNC KADR DƏYİŞİKLİKLƏRİ

TƏHSİL SİSTEMİNDƏ İLGİNC KADR DƏYİŞİKLİKLƏRİ


20-11-2013, 13:43
TƏHSİL SİSTEMİNDƏ İLGİNC KADR DƏYİŞİKLİKLƏRİ
MİKAYIL CABBAROV ÇƏTİNLİKLƏ ÜZ-ÜZƏ

DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarovun kadr islahatları davam edir. Nazir təyinatından sonra Misir Mərdanovun yaxınlarını qısa müddətdə nazirlikdən kənarlaşdıran Mikayıl Cabbarov, hal-hazırda rayon təhsil şöbələrinin fəaliyyətlərini təftiş etdirməyə başlayıb. DİA.AZ bildirir ki, bu barədə “Unikal” qəzeti məlumat yayıb. Mənbənin verdiyi məlumatda bildirilir ki, ilk növbədə Bakı şəhər baş təhsil idarəsini yoxlamağa qərar verib.

Misir Mərdanovun da zamanında az qala toxunulmazlıq statusu olan Bakı şəhər təhsil şöbəsində indi sözün həqiqi mənasında həyacanlı tərpəniş olub. Nazir qısa müddət ərzində təhsil şöbəsində az qala korrupsiya şəbəkəsi quran və bəzi məqamlarda Nailə Rzaquliyevanın belə xəbəri olmadan əməliyyatlar həyata keçirən məmurları görəvlərindən uzaqlaşdırdı. Nəticədə nazirlikdə idarə rəisi olan Elnur Əliyev həm də Nailə Rzaquliyevaya birinci müavin əvəzi vəzifəsinə gətirildi.

Bunu da qeyd edək ki, Elnur Əliyev ixtisasca hüquqşünasdır. Bundan başqa digər müavinlik postuna Məmmədəli Kəsəmənli gətirildi ki, onunda ixtisası müəllimlikdi. Nəhayət üçüncü müavin isə ixtisasca iqtisasçı olan Nərgiz xanımdır. Ekspertlər hesab edir ki, bu təyinatlar heç də təsadüfi deyil və bir hüquqşünasla,iqtisadçının bu posta gətirilməsi ona işarədir ki, idarədə ciddi yoxlamalara başlanılıb.

Daxil olan məlumata görə Nailə Rzaquliyeva bu təyinatlardan sonra istefa ərizəsi yazıb. Amma nazir qəti şəkildə ərizəni qəbul etməkdən imtina edib. Çünki idarə daxilindən nazirliyə informasiya ötürülüb ki, Bakı Şəhər Baş Təhsil İdarəsində milyonlarla manat civarında korrupsiya hərəkətləri olub və bu prosesdə bir sıra məmurlar iştirak edib. Məhz bu xəbərdən sonra Mikayıl Cabbarov Nailə Rzaquliyevanın ərizəsini qəbul etməyib və o,idarədə işləyə-işləyə yoxlamalara start verilib. Başqa cür desək faktiki olaraq Nailə Rzaquliyeva nazirin “girovluğundadır”. Mənbə bunu da bildirir ki, nazir həmçinin digər rayon şöbələrinində rəislərinin istefa ərizələrini qəbul etməyib və ardıcıllıqla rayonlarda geniş əhatəli yoxlamalar aparılacaq.

Geri qayıt