Əsas Səhifə > Ölkə, Manşet > KƏRƏM HƏSƏNOVUN QOHUMU AVROPADAN SIĞINACAQ İSTƏDİ
KƏRƏM HƏSƏNOVUN QOHUMU AVROPADAN SIĞINACAQ İSTƏDİ21-11-2013, 14:21 |
ONUN İSTƏYİ BAŞ TUTMAYA BİLƏR DİA.AZ: - Son zamanlar Azərbaycandan Avropaya mühacirət edənlərin sayında kəskin artım müşahidə olunur. Bildirək ki, Avropaya köç edənlərimizin əksəriyyəti «siyasi mühacir» statusu almağa çalışırlar. Bu əsnada diqqətçəkəni odur ki, «siyasətdən qaçanlar»ın bəzilərinin nə zamansa siyasətə bulaşdığını kimsə sübutlaya bilməz. Amma buna baxmayaraq, bəzi işbazlar üçün Avropaya köçdə «siyasi mühacir»lik ən əlverişli olanıdır. Bu arada DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Avropaya sığınan soydaşlarımız arasında məmur yaxınları da var. Onlardan biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxın qohumudur. Bu barədə redaksiyamıza Danimarkada yaşayan soydaşlarımızdan biri məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, Kərəm Həsənovun yaxın qohumu olan həmin şəxs bir zamanlar Azərbaycanda bank sektorunda fəaliyyət göstərib: «Qohumunun çətiri altında uzun müddət fırlansa da, sonradan «ilişib». İşlədiyi bankda qanunsuz əməlləri səbəbindən təqib olunub və sonradan işdən atılıb. Kərəm Həsənovun qohumu olması səbəbindən həbsdən canını qurtara bilib». Mənbə iddia edir ki, bundan sonra uzun müddətə işsiz qalan komitə sədrinin yaxın qohumu indi Avropaya siyasi mühacir statusu ilə sığınıb: «Artıq onunla bağlı araşdırma aparılır. Və çox güman istəyinə çata bilməyəcək. Hər halda, bir məmur qohumunun Azərbaycandan siyasi basqılar altında «qaçması» heç də inandırıcı görünmür». Geri qayıt |