Əsas Səhifə > Hadisə, Manşet > TƏHSİL NAZİRLİYİNDƏ KORRUPSİYA XOFU

TƏHSİL NAZİRLİYİNDƏ KORRUPSİYA XOFU


31-01-2012, 17:21
TƏHSİL NAZİRLİYİNDƏ KORRUPSİYA XOFU

TƏLAŞ BİTMƏYİB: “ŞAHRZA ƏLİYEV HƏR AN HƏBS OLUNA BİLƏR”

DİA.AZ: - Məlum olduğu kimi, bir müddət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının Təhsil Nazirliyində əməliyyat keçirərək İqtisadiyyat İdarəsinin rəis müavini Orxan Kərimovu saxladılar. Lakin günü bu gün də bu həbslə bağlı ortada xeyli suallar var. Vəziyyət o həddədir ki, hətta bu günlərdə mətbuat qarşısına çıxan KMİ rəhbərliyinin özü belə “biz istintaq materialları əsasında hərəkət edirik” şəklində açıqlama verərək ortaya çıxan suallardan yayınmağa çalışdı.

Qaranlıq məqamlar isə, təbii ki, Orxan Kərimovun qurban verilməsi ilə bağlıdır. Yəni ilk gündən belə bir qənaət var ki, əslində Orxan Kərimov nənki təhsil nazirliyinin, hətta eləcə də nazir Misir Mərdanovun çulunun sudan quru çıxarılması üçün verilmiş “qurbanlıqdır”.

Əslində bu işdə əsas günahkarlar tamam fərqli simalardır. Onların kimliyi barədə də mətbuatda xeyli yazılıb. Məsələn, ortada olan bir sadə məntiq də ən azından Orxan Kərimova rəhbərlik etmiş şəxslərin nədən azadlıqda qaldıqlarını, nədən yalnız mücavatçı keçmişə malik Orxan Kərimovun həbs olunduğu barədə şübhələrə nədən olur.

Burada söhbət təbii ki, Təhsil Nazirliyinin İqtisadiyyat İdarəsinin müdiri Şahrza Əliyevdən gedir. Bildirək ki, Ş.Əliyev geniş maliyyə imkanlarına malik şəxsdir. Ölkənin təhsil “boss”larından sayılır. Nazirlikdə bütün qara işlər və rüşvət mexanizmi onun əli ilə görülür. Və o, son vaxtlar o qədər varlanıb ki, bunu artıq dövlətin bəzi qurumları da fərq edib. Ona görə də Şahrza Əliyevin həbsi heş də asan məsələ hesab lunmamalıdır.

Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, əslində Şahrza Əliyev həbs olunmalı imiş: “İlkin planda onun da adı var idi. Sadəcə olaraq hakimiyyətin müəyyən qanadları bu adamı həbsdən qurtarıblar”. Mənbəmizə görə, Bütün Qafqazın Şeyxi Hacı Allahçükür Paşazadənin ayaqlarına düşərək yalvaran Ş.Əlieyvin qurutuluşundə QMİ rəhbərinin müstəsna rolu olub: “Amma bu o demıək deyil ki, məsələ qapanıb. Hər zaman Əlieyvə qarşı ittiham oxuna bilər”.

Xatırladaq ki, Orxan Kərimov mərhum şair Əli Kərimin oğludur. O, sabiq müsavatçıdır. Uzun illər Müsavat Partiyasının İqtisadi Siyasət Komissiyasının aparıcı və fəal üzvlərindən olub. 2003-cü il hadisələrindən sonra partiyadan istefa verib. Deyilənə görə, onun Təhsil Nazirliyində mühüm vəzifəyə işə düzəlməsində yazıçı Anarın böyük rolu olub. Qeyd edək ki, Anarla Əli Kərim dost olublar və həmyerlidirlər. Mənbəmiz deyir ki, Anar Orxanı işə düzəltmək üçün Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadəyə ağız açıb. O da Yazıçılar Birliyinin sədrinin sözünü yerə salmayıb. Mövzunu davam etdirəcəyik.

DİA.AZ - Ramiz Təhməzov TƏHSİL NAZİRLİYİNDƏ KORRUPSİYA XOFU

Geri qayıt