Əsas Səhifə > Ölkə > SƏLİM MÜSLÜMOVUN 2012-Cİ İL HƏDƏFİ

SƏLİM MÜSLÜMOVUN 2012-Cİ İL HƏDƏFİ


1-02-2012, 11:41
SƏLİM MÜSLÜMOVUN 2012-Cİ İL HƏDƏFİ

“PENSİYALARI MƏRKƏZLƏŞDİRİLİMİŞ SİSTEMƏ KEÇİRİRİK”

Bu ilin ortalarınadək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair hesabatların bütün ölkə ərazisi üzrə elektron qaydada göndərişi reallaşacaq.

APA-nın məlumatına görə, bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşü çərçivəsində jurnalistlərə açıqlamasında DSMF sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, artıq 16 rayonda bu sistem qurulub: “Ümumilikdə 2012-ci il bizim üçün pensiya təminatının tam avtomatlaşdırılmasının prioritet kimi nəzərdə tutulduğu il hesab olunur. Yəni qarşıya qoyduğumuz məqsəd cari ilin 9 ayı ərzində bu prosesi yekunlaşdırmaq, oktyabrın 1-dən ölkə üzrə mərkəzləşmiş pensiya təyinatına başlamaqdır. Buna çatmaq üçün bütün gücümüzü sərf etmişik. Bu sistemin avtomatlaşması şəffaflığın təmin olunmasına kömək edəcək, bu sahədə neqativ halları aradan qaldırılacaq. Bununla da yerli şöbələrdə çalışan məmurların pensiya təyinatı üçün müraciət edənlər arasındakı kontakt aradan qalxacaq”.

Geri qayıt