Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?

AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?


27-11-2013, 13:37
AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?
BAKIDA TERROR TƏBLİĞATI YAXŞI NƏSƏ VƏD ETMİR

DİA.AZ: - Son zamanlar Azərbaycanda bölücü kürdlərin fəallaşması və bunun da qarşılığında hər hansı cəza tədbirinin görülməməsi olduqca biabırçı mənzərəyə nədən olmaqla yanaşı, həm də gələcəkdə üzləşə biləcəyimiz böyük təhlükələrdən xəbər verməkdədir.

Demokratiya gözəl bir nəsnədir. Amma bu o demək deyil ki, bu gün Azərbaycanda demokratiyanın olduğunu iddia edib, kimlərsə separatçılığı, bölücülüyü təbliğ etməli, terroru mədh etməlidir. Hər halda, bu gün «Kürd Diplomat» kimi mətbu orqanların qaniçən Abdullah Öcalanı təbliğ etməsinin bir özgə adı yoxdur.

Və bu bir faktdır ki, özünün «qəzet» adlandırdığı kağız toplusunda «Kürd Diplomat»ın başbiləni Tahir Süleyman təkcə qardaş Türkiyənin ərazi bütünlüyünü təhdid etmir, təkcə Türkiyə ərazilərinə həqarət etmir, həm də Azərbaycan türklərinin də ortaq dəyərləri olan ümumTürk tarixini də saxtalaşdırmaqla məşğuldur.

Diqqət yetirin, bu vaxta qədər Tahir Süleyman və onun əməlləri ilə bağlı hətta parlamentdə bir neçə dəfə məsələnin qaldırılmasına, bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edilməsinə baxmayaraq, bu adam nəinki fəaliyyətini sərbəst şəkildə sürdürür, həm də rahat-rahat Şimali İraqda bölücü kürdlərin sığınacaqlarına səfər edir, həmin səfərlərində hətta Bakıdan özünə müşaiyətçilər də seçir.

Kimdir Tahir Süleyman? Təbii ki, bu adamın oyuncaq kimi ortaya atılması faktdır. Amma burada maraqlı olan bir məqam var. OYUNCAĞIN ARXASINDA GİZLƏNƏNLƏR KİMDİR?

AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?

Xatırladaq ki, hələ də Azərbaycan Respubli kasının Milli Məclisi PKK-nı bir terror təşkilatı kimi tanımayıb. Başqa nəyisə xatırlatmağa ehtiyac varmı?

Bununla bağlı DİA.AZ olaraq müəyyən araşdırmalar apardıq və çox ciddi faktlar əlimizə keçdi. Redaksiyamız tərəfindən aparılan araşdırma zamanı öyrənə bildik ki, bu gün kifayət qədər təminatlı həyat tərzi sürən Tahir Süleyman çox ciddi vəzifə sahibi olan məmurlar tərəfindən maliyyələşdirilir.

Məlumatı verən mənbə iddia edir ki, Tahir Süleymanın qəzeti keyfiyyətli şəkildə nəşr olunsa da, satışa ümid bəslənilmir: «Bu da təsadüfi deyil. Çünki bu qəzet sırf olaraq təbliğat məqsədi güdür və pulsuz paylanılır. Bununla Tahir Süleyman iyrənc terror təbliğatını ictimailəşdirmiş olur. Tək bu deyil. Bu gün Tahir Süleyman bahalı həyat tərzi sürür, az qala hər ay xarici səfərlər edir ki, bu hərəkətlərinin də xərci-xəsaratı azərbaycanlı məmurlar tərəfindən qarşılanır».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Doğrudur, Tahir Süleyman elə də ciddi məclislərə qatıla bilmir. Amma hər ay Bakıda kürd əsilli, PKK meyilli bir neçə məmur bir araya gəlir. «Kürd Diplomat»ın maliyyəsi də həmin çevrədəndir».

Mövzu ilə bağlı hər kəsin mövqeyini işıqlandırmağa hazırıq…

AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?
AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?
AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?
AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?
AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?
AZƏRBAYCANDA PKK-YA HANSI MƏMUR DƏSTƏK VERİR?

Geri qayıt