Əsas Səhifə > Ölkə, Manşet > QOCA RUSİYANIN QARŞISINI NECƏ KƏSƏ BİLƏRİK?

QOCA RUSİYANIN QARŞISINI NECƏ KƏSƏ BİLƏRİK?


27-11-2013, 14:21
QOCA RUSİYANIN QARŞISINI NECƏ KƏSƏ BİLƏRİK?
AVRASİYA BİRLİYİNƏ QARŞI QAFQAZ EVİ İDEYASI

DİA.AZ: - Rusiya Azərbaycanın üzərinə yeriyir və bu fakt özünü bütün sferalarda göstərməkdədir. Bu barədə dəfələrlə xəbər vermişik, mülahizələrimizi diqqətinizə çatdırmışıq. Kremlin Bakıdan nəyi necə istədiyi tam çılpaqlığı ilə ortadadır. Söhbət Putinin Dəli Pyotrdan miras qalan Böyük Rusiya ideyasının modernləşmiş versiyası olan Avrasiya Birliyinin yaranmasından və bu prosesdə Azərbaycanın ram edilməsindən gedir.

Kimlər üçünsə seçdiyimiz ifadələr abartılmış görünə bilər. Amma fakt faktlığında qalır. Və fakt bundan ibarətdir ki, bu gün rəsmi Bakı Azərbaycanı yola gətirə bilməsi üçün bütün mümkün variantlarını işə salıb. Rusiya daxilində soydaşlarımıza yaradılan süni əngəllər, maliyyə embarqosundan tutmuş və hətta Azərbaycanın şimalında tez-tez atəş səslərinin eşidilməsi faktlarına qədər baş verən bütün olanların arxasında Rusiyanın «KQB» qoxulu hənirtisinin gəldiyini hiss etməmək mümkün deyil.

Bəli, Rusiya Azərbaycanın üzərinə yeriyir. Amma nə vaxta qədər?

Təbii ki, Kreml istəyindən geri çəkilənə oxşamır. Elə Azərbaycan tərəfi də mövqeyində israrlıdır. Bu isə aradakı gərginliyin uzunmüddətli olacağından xəbər verir. Təbii ki, burada qazanan Ermənistan hakimiyyəti olacaq. Təbii ki, erməni dövləti yox. Ola bilsin ki, Rusiya Azərbaycanda qıcıq yaradılması məqsədilə Ermənistanı əlavə olaraq silahlandırsın, erməni ordusunun hərbi qüdrətinin artırılmasına nəfəs versin. Amma bu faktın fonunda belə Ermənistanın bir ciddi dövlət ənənəsinin qalmayacağı, Ermənistan adlı dövlətin ciddiyə alınmayacağı şübhəsizdir. Artıq rəsmi İrəvan Kremlin canişini funksiyasını tam formada həyata keçirir.

Azərbaycan isə bu prosesdən uğurla çıxacaqsa, o zaman nəticədə Azərbaycan hakimiyyətindən daha çox Azərbaycan dövləti qazanmış olacaq. Bu da faktdır. Bu gün belə bir fikir səslənir ki, guya rəsmi Bakını təşkil edən bəzi oliqarx-məmurlar Azərbaycanın Avrasiya Birliyinin ibtidaisi hesab olunan Gömrük İttifaqına qoşulmasını əngəlləyir. Təbii ki, bu, kökündən yanlış olan fikirdir. Ən azından ona görə ki, həmin oliqarx-məmurlar elə Rusiyanın Azərbaycana qarşı təzyiqləri fonunda ən çox itirənlərdir. Çünki Rusiyada bu gün bazarları bağlananlar onlardır. Və bu baxımdan da prosesin yekunundan daha çox Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin yox, məhz Azərbaycan dövlətinin qazanclı çıxacağı heç şübhəsizdir.

Nə etməli? Bu gün Azərbaycan Rusiyaya bütün müstəvilərdə alternativlik etmək zorundadır. Elə Avrasiya Birliyi ideyasında da. Təbii ki, Azərbaycan Rusiyaya meydan oxuya biləcək həddə deyil. Amma bu gün əlimizə gözəl bir fürsət düşüb. Rusiya bazarlarında döyülən, obyektləri əlindən alınan təkcə azərbaycanlılar deyil. Eyni qaydada bütün qafqazlılar hədəfdədir. Və bir neçə gün əvvəl rusiyalı faşistlər dağıstanlı bir gənc qadının əl qolunu parçalayaraq sinəsinə bıçaqla xaç işarəsi cızmışdılar.

Yəni hədəfdə bütün Qafqazdır. Və bu gün fürsət var ki, illər əvəl mərhum çeçen prezidenti Cövhər Dudayevin ortaya atdığı QAFQAZ EVİ ideyası ylunda müəyyən addımlar atılsın. Və bu işdə rəsmi Bakının lokomotiv rolunu oynama imkanları genişdir. Belə olan təqdirdə Rusiya təkcə Azərbaycanı yox, həm də yüz illər boyunca rus zülmündən cana doymuş Şimali Qafqazı da itirmə təhlükəsini hiss edəcək.

Bunun üçün sadəcə olaraq Bakının hərəkətə keçməsi lazımdır… Ən azından siyasi ekspertlərimizin dili ilə…

Azər - DİA.AZ

Geri qayıt