Əsas Səhifə > Partiya > "ASƏF QULİYEV HAQQINDA BİZDƏ MƏLUMATLAR VAR"

"ASƏF QULİYEV HAQQINDA BİZDƏ MƏLUMATLAR VAR"


2-12-2013, 09:19
"ASƏF QULİYEV HAQQINDA BİZDƏ MƏLUMATLAR VAR"
Əslində, Asəf Quliyev zamanında partiyada hər hansı təkliflərlə çıxış etsə də, onun təklifləri qanun kimi qəbul edilə bilməzdi. Bunu SİA-ya eksklüziv açıqlamasında AXCP sədrinin müavini Həsən Kərimov bildirib.

Onun sözlərinə görə, Asəf Quliyevin verdiyi təkilflərin partiyada qanun kimi qəbul edilməsi məncə, doğru sayıla bilməzdi. Bu, sadəcə onun bəhanələridir.

AXCP sədrinin müavini onu da qeyd edib ki, onlarda Asəf Hacıyev barədə informasiyalar var və bu barədə ictimaiyyətə məlumat veriləcək: "Getmək istəyirsən, bəhanəsiz get. Bizdə onun barəsində bir çox məlumatlar var və görünür, ictimaiyyət də bundan xəbərdar olmalıdır".

Həsən Kərimov yaxın günlərdə bu haqda daha geniş məlumat verəcəyini və A.Hacıyevin bütün bunlardan sonra bəyanat verdiyinə görə peşman olacağını bildirib: "O dəqiqləşdirmədiyi məlumatlar səsləndirdiyinə görə peşman olacaq".

Geri qayıt