Əsas Səhifə > Ölkə > BÜTÜN RƏİSLƏR DİN-Ə ÇAĞRILIB

BÜTÜN RƏİSLƏR DİN-Ə ÇAĞRILIB


3-10-2011, 11:30
BÜTÜN RƏİSLƏR DİN-Ə ÇAĞRILIB

NAZİRLİKDƏ GENİŞ TOPLANTI

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçiriləcək.

APA-nın məlumatına görə, oktyabrın 8-də respublikanın bütün şəhər və rayonlarının polis rəisləri nazirliyə toplaşacaq.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçiriləcək kollegiya iclası axtarışda olanların tutulması, itkin düşən şəxslərin tapılması və 9 ayın yekunlarına həsr olunub. Kollegiyada, həmçinin, ölkə ərazisində baş verən cinayət hadisələri, həmin cinayətlərin açılması istiqamətin görülmüş işlər və kriminogen durum müzakirə ediləcək.


Geri qayıt