Əsas Səhifə > Ölkə > AZƏRBAYCANDA İKİ NAZİRLİK BİR-BİRİNİ TƏKZİB ETDİ

AZƏRBAYCANDA İKİ NAZİRLİK BİR-BİRİNİ TƏKZİB ETDİ


9-02-2012, 12:48
AZƏRBAYCANDA İKİ NAZİRLİK BİR-BİRİNİ TƏKZİB ETDİ

QORUQDA BAŞ VERƏN OLAYDA ZİDDİYYƏT

Dünən Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Qızılağac Dövlət Qoruğunda yanğın baş verməsi faktı bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təkzib edilib.

Modern.az saytı xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün yaydığı məlumatdaa görə, 8 fevral 2012-ci il tarixində Masallı rayonu Qızılağac kəndində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsinin baş verməsi, yanğın zamanı yaşayış üçün istifadə olunan ümumi sahəsi 16 m2 olan otaq tipli vaqonun yanması və içərisində olan 2 nəfər azyaşlı uşağın ölməsi barədə xəbərə aydınlıq gətirib.

“Araşdırma zamanı məlum olmuşdur ki, yanğın Qızılağac Dövlət Təbiət Qoruğundan 2 km aralıda, Qızılağac kənd Bələdiyyəsinin ərazisində baş verib. Bir daha bildirilib ki, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində heç bir yanğın hadisəsi baş verməyib”-deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edib.

Fövqəladə Hallar Nazirliyinin isə bu gün yaydığı məlumatda bildirilib ki, Masallı rayonu, Qızılağac kəndində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində (rayon mərkəzindən 24 km aralı) yaşayış üçün istifadə olunan ümumi sahəsi 18 kv.m olan vaqon tipli otağın yanar konstruksiyaları yanıb, içərisində olan 2009-cu il təvəllüdlü Sadiq Əhəd oğlu Əhədov və 2010-cu il təvəllüdlü Xatirə Əhəd qızı Əhədova ölüblər. Yanğınsöndürənlər hadisə yerinə çağırılmayıblar.


Geri qayıt