Əsas Səhifə > Ölkə, Manşet, Ana xəbərlər > Hacıbala Abutalıbov vəzifəsini bu günlərdə itirir
Hacıbala Abutalıbov vəzifəsini bu günlərdə itirir23-12-2013, 15:00 |
Onun yerinə o qədər də tanınmayan fiqur gətirilir DİA.AZ: - Hakimiyyətin icra başçıları ilə bağlı dəyişiklik qərarı yaxın günlərdə icra olunmağa başlayacaq. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Onu da bildirək ki, bu dəyişiklik zamanı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da vəzifəsindən alına bilər. Xatırladaq ki, bir neçə gün əvvəl Hacıbala Abutalıbovun tutduğu vəzifədən azad olunacağı və onun yerinə hazırda Abşeron rayonuna rəhbərlik edən Zakir Fərəcovun gətiriləcəyi haqda informasiyalar yayıldı. Xəbərdə deyilirdi ki, Hacıbala Abutalıbovun yerinə iddialı olan kürd əsilli məmurlardan ibarət qruplaşma Zakir Fərəcovun məlum mövqeyə gətirilməsi üçün uzun müddətdən bəridir ki, çaba sərf edir. Amma sonradan bu informasiyalar təsdiqlənmədi. Daha doğrusu, hadisə baş vermədi və bununla ilgili redaksiyamıza maraqlı bir xəbər də daxil olub. Mötəbər mənbələrin verdiyi bilgiyə görə, əslində Zakir Fərəcov Hacıbala Abutalıbovun yerinə hazırlanırmış, sadəcə olaraq bu informasiyanın «vaxtından əvvəl» dövriyyəyə buraxılması «yuxarılarda» qəzəb oyatdığından Hacıbala Abutalıbov öz kürsüsündə müəyyən müddətə qalmalı olub. Onu da bildirək ki, dekabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib. Məlumata görə, dövlət başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub. Prezident konfransı giriş nitqi ilə açıb. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov çıxış ediblər. Dövlət başçısı konfransda yekun nitqi söyləyib. Bununla bağlı DİA.AZ-a açıqlama verən mənbə iddia edir ki, əslində həmin tədbir Hacıbala Abutalıbovun icra başçısı kimi düzənlədiyi son tədbirdir: «Yaxın günlərdə Bakı şəhər icra hakimiyyətinin başçısı postunda dəyişiklik olacaq. Amma onun yerinə Zakir Fərəcov deyil, tamam başqa bir şəxs gətirilir». Bildirək ki, DİA.AZ Bakı şəhərinin yeni icra başçısının kimliyini müəyyənləşdirməyə çalışır və əlavə bilgiləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik… Geri qayıt |