Əsas Səhifə > Ölkə, Manşet > Şəmkir rayonu Fazil Məmmədovun əlindən alınır
Şəmkir rayonu Fazil Məmmədovun əlindən alınır13-01-2014, 12:19 |
DİA.AZ: - Bəzi icra hakimiyyətləri başçılarının dəyişdiriləcəyi haqda xəbərlər xeyli əvvəldən yayılsa da və verilən informasiyalarda dəyişikliklərin yanvar ayının ortalarından start götürəcəyi söylənilsə də, hələlik bu yöndə heç bir irəliləyiş yxdur. Amma DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbənin sözlərindən belə anlaşılır ki, əslində yubanmalar təbiidir, lakin bu o demək deyil ki, dəyişiklik olmayacaq. Mənbə iddia edir ki, hələ də iqtidariçi qruplaşmaların ayrı-ayrı rayonların icra hakimiyyətlərinin başçıları ilə bağlı məsələdə maraqları qorunmaqdadır: «Bu səbəbdən müəyyən problemlər var. Əslində, problem də deyil. Sadəcə olaraq, oliqarxların icra başçıları üzərindəki «iplərinin» qırılma mərhələsi getdiyindən, proses uzun sürə bilər». Məsələn, hazırda Şəmkir rayonuna rəhbərlik edən Nazim Veysovun Vergilər Naziri Fazil Məmmədova yaxın olduğunu bildirən mənbəmiz vurğulayır ki, yaxın günlərdə bu əlaqələr tamamən kəsilmiş olacaq: «Fazil Məmmədovun özünün durumu ürəkaçan deyil. Şəmkir rayonu onun kurasiyasından çıxarılır. Və ümumiyyətlə, rayonların məmur kurasiyalarından çıxarılması siyasətinə uyğun olaraq icra başçısı postuna təyinatda hansısa qrupun marağı güdülməyəcək və buə nənə ilk olaraq Şəmkirdə tətbiq oluna bilər». Mənbəmizin sözlərinə görə, yaxın günlərdə İsa Vesyov vəzifəsindən azad edilir, onun yerinə isə hazırda kənd təsərrüfatı nazirliyində çalışan gənc kadrlardan birinin getməsi gözlənilir. Qeyd edək ki, Veysov Nazim Veys oğlu, 10 avqust 1950- ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. 1974-cü ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakultəsini bitirib. Noyabr 1974 - avqust 1983-cü illərdə Xanlar rayonunun heyvandarlıq sovxozunda baş mühəndis işləyib. Mart 1979 - cu ildə Sov. İKP sıralarına daxil olub. Oktyabr 1983 - avqust 1986-cı illərdə Xanlar rayonunun heyvandarlıq sovxozunda Partiya Komitəsinin katibi işləyib. İyul 1987 - fevral 1990-cı illərdə Azərbaycan KP Xanlar rayon Komitəsində təlimatçı işləyib. 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirb. Iyun 1993 - cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Mart 1992 - aprel 1999-cu illərdə Xanlar rayon Kənd Kimya Birliyinin sədri işləyib. Aprel 1999 - oktyabr 1999-cu illərdə Xanlar Rayon Icra Hakimiyyəti Başçısının müavini işləyib. Oktyabr 1999 - mart 2003-cü illərdə Xanlar Rayon Icra Hakimiyyəti Başçısının birinci müavini işləyib. Sentyabr 1999 -mart 2003 -cü illərdə Yeni Azərbaycan Partiyasının Xanlar Rayon təşkilatının sədri olub. Mart 2003 - cü ildən aprel 2005 - ci ilədək Gədəbəy Rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib. Aprel 2005 - ci ildən Şəmkir rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Ailəlidir. Üç övladı var. Geri qayıt |