Əsas Səhifə > Ölkə, Manşet > Məmurlarımız pullarını görün, fırıldaqçılara necə qapdırır?

Məmurlarımız pullarını görün, fırıldaqçılara necə qapdırır?


14-01-2014, 15:13
Məmurlarımız pullarını görün, fırıldaqçılara necə qapdırır?
Azərbaycanda daha təhlükəli təriqət: BƏHAİLİK

DİA.AZ: - Azərbaycanda müxtəlif dini təriqətlərin olmasına artıq təbii yanaşırıq və yaxud da belə bir məcburiyyətdə qalmışıq. Hər halda, dünənə qədər vəhabilik, nurçuluq, bəhailik, baptistlik barədə, «Yeqova şahidləri», «Birlik kilsəsi», krişnaidlər və digər bu kimi inanclar haqda kitablarda, jurnallarda, qəzetlərdə oxuduğumuz halda, bu gün vətəndaşlarımızın bu təriqətlərin fədailərinə çevrilmələrinə rəsmən şahidlik etməkdəyik.

Azərbaycan təriqətlərin girovluğunda

Elə bunun nəticəsidir ki, bu gün minlərlə Azərbaycan gənci Qarabağ kimi şəhidliyə yetişmə ünvanını qoyaraq Suriyada, Əfqanıstanda və digər yerlərdə özlərinə bəhanə axtarmaqla məşğuldurlar. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanda minlərlə gənc müxtəlif təriqətlərin girovuna çevrilərək hətta havasını udduqları, çörəyini yedikləri vətənlərinə, dövlətlərinə, millətlərinə qarşı silah qaldırmağa qədər zərərli bir ünsürə çevrilirlər.

Bu gün Azərbaycanda qeyd etdiyimizi məqamın təkcə əhalinin kasıb zümrəsini girovuna çevirmədiyi də bir faktdır. Elə vəhabiliklə bağlı danışanda da asanlıqla deyə bilərik ki, bu təriqətə inananların sırasında məmuru da var, iş adamı da, başqa imkanlı təqəbə nümayəndəsi də. Kimi pula görə, kimi aldanması səbəbindən bu gün vəhabilərin yanında, sıralarındadır.

DİA.AZ olaraq bu dəfə isə sizlərə bəhailərlə bağlı məlumat vermək istəyirik. Bildirək ki, ƏBƏDİ HƏYAT vəd edərək «müştərilərini» aldadan bu təriqət nümayəndələri arasında hətta məmurlarımız da xeyli saydadır. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, hazırda 3 rayonun icra başçısı bəhai təriqətinə inanır. Eləcə də Prezident Administrasiyası və Nazirlər Kabinetində aşağı vəzifələrdə çalışan bəzi məmurlarımızın da bəhai olduğu söylənilir.

Kimdir bu bəhailər?

“Bəhaullah” ləqəbi ilə məşhur olan “Mirzə Hüseyn Əli” 1817-ci il noyabrın 12-də (hicri qəməri tarixi ilə 1233, məhərrəm ayının 2-si) Tehranda dünyaya göz açmışdı. Onun atası Mirzə Fəth Əli şahın sarayının vəziri idi. Elə bu səbəbdən də o, zadəgan balaları kimi eyş və işrət içərisində böyümüş elmə rəğbəti olmayan savadsızın biri idi. 1800-cü illərdə Çar Rusiyasının İranda fəaliyyət göstərən qondarma “Şeyx İsa Lənkərani” adı ilə Nəcəf və Kərbəla şəhərlərində Ali Dini Təhsil almağa başlayan “Kral Dalqorskiy” 1830-cu illərdə (20 Oktyabr 1819-cu ildə (hicri 1235, məhərrəm ayının 1-i) İranın Şiraz şəhərində anadan olmuş) “seyyid əli muhəmməd” üzərində işləyərək, onu özünü "bab" (ərəbcə "qapı" deməkdir) adlandıraraq, 1844-ci il mayın 23-də isə Şiraz şəhərində “Mehdi Sahib-əz-zaman” olduğunu elan edilməsini irəli sürür. Və beləliklə də uğursuz “babilik” hərakatına start verir. (Qeyd edək ki, bu mürtəce və qeyriİslami hərakatın qarşısı vaxtında ca dövrün agah Müctəhidləri tərəfindən alınır. Müctəhidlər azğın “babın” edam hökmünü verərək Təbriz şəhərindən küçə və xiyabanlarda “babı” gəzdirtirib rüsvay etdikdən sonra 9 iyul 1850-ci ildə edam edib öldürürlər. Qeyd olunan Müctəhidlər: 1- Molla Məhəmməd Mamağanı. 2- Molla Mirzə Bağır. 3- Molla Mürtəzaqulu.) Elə həmin illərdə ingiltərənin xəfiyyəsi ilə əlaqədə olan “bəhaullah”, “babi” hərakatına qoşularaq, hərakatın gedişatında əlindən gələni əsirgəmir. 1850-ci ildə “babın” edam edilməsinbn sonra “bəhaullah” ayaqyalın, başıaçıq, günortanın qızmar günəşi altında Tehran həbsxanasına aparılır. Küçə boyu toplanmış adamlar onu onun şərəfsizliyinə görə “bəhaullahı” təhqir edir, üstünə daş atırlar. Beləliklə o Tehranın Siyah-Çal həbsxanasına salınır. O, 1853-cü il aprelin 8-də Bağdada sürgün edilir.

“Bəhaullah”ın peyğəmbərlik iddiası

1863-cü il aprelin 21-dən mayın 2-dək, yəni azğın “babın” fitnəsindən 19 il keçdikdən sonra “bəhaullah” bir neçə tərəfdarlarına “babın” və “bütün Peyğəmbərlərin” əvvəlcədən xəbər verdikləri şəxsin məhz özü olduğunu, yəni güya Allahın “seçdiyi” “peyğəmbər” olduğunu bildirir. Elə həmin il Osmanlı İmperatorluğu tərəfindən İstanbula sürgün edilir. Burada o, 4 ay qaldıqdan sonra dekab ayının12-si, 1863 -cü ildə Türkiyənin Ədrinə əyalətinə sürgün edilir. Burada o, 5 il qaldıqdan sonra isə, 1868-ci ildə ingiltərə xəfiyyələrinin köməkliyi ilə dünya hökmdarlarının hamısına və hər birinə ayrılıqda “peyğəmbər” olması haqda məktublar göndərir. “bəhaullahın” məktubunu III Napaleon, İngiltərə kraliçası Viktoriya, Rus Çarı II Aleksandr, Prusiya hökmdarı I Vilhelm, Avstriya Hökmdarı Frans-İosif, Papa IX Piy, Türkiyə sultanı Əbdül Əziz və İran şahı Nəsirəddin alırlar. Məhz Ədirnə dövründə mürtəce “bəhai” sektasının ardıcılları arasında "Allahu-Əbha" (Allah nurlulardan Nurludur) qondarma salamlama bidəti yaranır və “bəhaullaha” “iman gətirənlər” özlərini "bəhai" adlandırmağa başlayırlar. İran Ədrinədəki konsulu mərkəzi hökümət dairələrinə “bəhaullahın” burada ingilis xəfiyyələrinin aşkar və gizli yardımları ilə əlaqədar xəbərlər ötürür və İran şahı Osmanlı imperiyası ilə məktublaşaraq “bəhaullahın” həqiqətdə İslam Dünyasının məhvinə çalışdığını bildirir. Beləliklə Osmanlı imperatorluğunun mərkəzi hökuməti son nəticə olaraq “bəhaullahın” sürgün edilməsi haqqında göstəriş verir. Əsgərlərin müşayəti ilə sürgün edilənlər Ədirnədən Qallipola gətirilirlər. Oradan da onlar Osmanlı imperiyasının ucqarındakı məhbəs kimi istifadə olunan Əkka şəhərinə yollanırlar. Əkkaya 31 avqust 1868-ci ildə çatan məhbuslar, “bəhailərin” dinsiz və qədar cinayətkar olması xəbərini eşidib qəzəblənmiş yerli əhali ilə üzləşirlər. Küçələrə çıxmış insanlar onları daşa basaraq, nalayiq sözlərlə təhqir edir və üstlərinə tüpürürdülər. Şəhər Məscidinin qarşısında Bəhaullah və onun yoldaşlarının ömürlük sürgünə məhkum edilməsi haqqında sultanın əmri oxunur. Əmrdə yerli əhaliyə onlarla hər hansı bir formada əlaqə saxlamaq qadağan edilirdi. Bəhaullah çirkli, yağış və küləyin içəri dolduğu pəncərəsiz kamerada yerləşdirilir, qalanlarını isə qonşu kameralara salırlar. 40 il məhbəs və sürgün həyatını yaşayan “bəhaullah” 29 mart 1892-ci ildə ölür.

«Bəhai»liyə inanın məmur kimdir?

Redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, bu gün yüzlərlə sahibkar məhz bəhai təriqətinə inanır. Burada əsas cəlbedici olanı isə bəhai təriqətinin öz üzvlərinə ƏBƏDİ HƏYAT vəd etməsidir. Yəni guya ki, bu təriqət üzvləri ölmürlər.

Qeyd edək ki, buna qədər də bəhailik Azərbaycanda olub. Yəni nurçuluq və vəhabilikdən fərqli olaraq bəhailik Azərbaycanda yeni deyil, hətta bu təriqət üzvləri arasında məşhur milyonçularımızdan olan Mussa Nağıyevin də adı çəkilir. Yəni bildirilir ki, Mussa Nağıyev «məhz əbədi yaşamaq istəyilə» bəhailərin sırasına qoşulmuş və bəhailərə külli miqdarda pul ayırmışdı.

İndi isə eyni qaydada onlarla məmurumuz öz varidatlarını bəhaliyin yolunda sərf edirlər. Məlumatı verən mənbə iddia edir ki, hər həftənin cümə günü Bakıda bəhailərin toplantısı olur: «Onlar bunun adına ibadət deyirlər. Və əsasən metronun «Nizami» stansiyasının yaxınlığındakı məsciddə yığışırlar. Amma bu ibadət daha çox şeytana xidmət anlamına gəlir. Çünki öz inanc baxışı ilə hətta eyni cinsdən olanların izdivacını belə dəstəkləyən bəhailiyə tapınma heç vaxt Allaha xidmət hesab oluna bilməz».

DİA.AZ bildirir ki, Azərbaycanda bəhailiyi gəlişdirən və ona dəstək verənlərlə bağlı yaxın günlərdə daha geniş materialı diqqətinizə təqdim edəcəyik. Diqqətiniz bizdə olsun. Bizi izləməkdə davam edin…

Geri qayıt