Əsas Səhifə > Ölkə > ARİF HACILIYA İŞ VERİLDİ
ARİF HACILIYA İŞ VERİLDİ3-10-2011, 15:00 |
SAXTA İTTİHAMA GÖRƏ O, 2 İL YARIM AZADLIQDAN MƏHRUM EDİLDİ Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə Məhəmməd Məcidli son döz deyib. M. Məcidli özünü təqsirli bilmədiyini, ittihamla razılaşmadığını deyib, məhkəmədən bəraət istəyib. Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən Arif Hacılı 2 il 6 ay, Məhəmməd Məcidli 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum edilib. Hökm elan olunandan sonra zalda olan müxalifət tərəfdarları Azərbaycanın Dövlət Himninin oxuyub, şüarlar səsləndiriblər. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin hər birinin 3 il, Fuad Qəhrəmanlının isə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, bu il aprelin 4-də Səbayel rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar qəbul edib. Geri qayıt |