Əsas Səhifə > Ölkə > MİSİR MƏRDANOV DAHA BİR GƏLİR SAHƏSİNİ İTİRİR
MİSİR MƏRDANOV DAHA BİR GƏLİR SAHƏSİNİ İTİRİR17-02-2012, 15:22 |
XARİCDƏ TƏHSİL PROQRAMI PREZİDENT ADMİNSTRASİYASINA VERİLİR 2012-ci il üçün Dövlət Neft Fondu xaricdə təhsillə üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 20 milyon manat vəsait ayırmağı nəzərdə tutub. Bu, ötən ildəki vəsaitlə müqayisədə 5 milyon manat çoxdur. Təhsil Nazirliyi rəsmilərinin açıqlamalarına görə, Dövlət Proqramı əsasında təhsil alan bir tələbənin yaşayış və təhsil xərcləri dövlətə il ərzində təxminən 25-30 min manata başa gəlir. Qeyd edək ki, bu il sosial, humanitar, idarəetmə, iqtisadiyyat sahələri üzrə ixtisaslar xaricdə təhsillə bağlı prioritetlər sıyahısına salınmayıb. Builki prioritetlər texniki və fundamental elmlər, mühəndislik, neft-qaz sənayesi, ətraf mühit elmləri, kənd təsərrüfatı ixtisaslarıdır. Nazirlik fundamental və kənd təsərrüfatı ixtisasları üzrə xaricə tələbə göndərmək üçün namizəd qıtlığı ilə üzləşdiyini bəyan edir. Bir neçə gün öncə dövlət başçısı İlham Əliyev Prezidentin Ehtiyyat Fondundan bu istiqamətdə daha 5 milyon manat ayrılması ildə bağlı fərman verib. Amma proqramın icrasında əsas məsələ vəsaitlə bağlı deyil. 2007-ci ildən bu vaxta kimi keçən yola nəzərə salanda, görünür ki, ayrılan vəsaitlər axıra qədər xərclənmir. Məsələn, 2007-ci ildə 2,2 milyon manat vəsait ayrılsa da, 800 min manat, 2008-ci ildə 5 milyon manatdan 2,3 miylon manat, 2009-cu ildə 10 milyon manatdan 8 milyon manat, 2010-cu ildə 10 miylon manatdan 9,6 milyon manatı xərclənib. 2011-ci ildə 15 milyon manat ayrılıb, lakin nə qədər xərclənməsi ilə bağlı hesabat təqdim edilməyib. Çox güman ki, bu vəsait də sona kimi istifadə edilməyəcək. Əsasən, proqramın idarə edilməsi ilə bağlı problem yaşanır. Bu yaxınlarda prezident proqramla bağlı dəyişiklik etdi. Dəyişiklik sənədlərin qəbul prosedurunun sadələşdirilməsini nəzərdə tuturdu. Amma əksi baş verdi. Əvvəlki prosedurlara görə İqtisadi İnkişaf Nazirliyi təlabatı müəyyənləşdirərək Təhsil Nazirliyinə göndərirdi. Yeni qanunvericiliyə görə İqtisadi İnkişfa Nazirliyinin göndərdiyi sənədi Prezident yanında Təhsil Komissiyası təsdiqləməlidir. Komissiya təsdiq etməsə, sənəd qüvvəyə minmir. Demək əsas məqsəd xaricdə təhsil proqramının nazirlikdən alınması imiş. Çox yəqin yeni vəsait ayrılmasından sonra bağçalar kimi bu sahə də Misir Mərdanovun tabeçiliyindən çıxarılacaq. Geri qayıt |