Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI QƏZETİ HƏDƏFƏ ALIB

İCRA BAŞÇISI QƏZETİ HƏDƏFƏ ALIB


23-02-2012, 12:39
İCRA BAŞÇISI QƏZETİ HƏDƏFƏ ALIB

PREZİDENTİ ALDADAN VİLYAM HACIYEVİN ARXASINDA KİMLƏR DAYANIR?

DİA.AZ: - Məlum olduğu kimi, ölkənin nüfuzlu qəzetlərindən olan «Gündəm Xəbər»ə qarşı müxtəlif istiqamətlərdən basqılar var. Vergilər Nazirliyinin bu qəzet barəsində çıxardığı haqsız 107 min manatlıq cəriməsi azmış kimi, indi də Samux rayonunun icra başçısı «Gündəm Xəbər»i çökdürmək fikrinə düşüb.

Bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia-az.site) məlumat verən qəzetin sahibi Şirin Cəfəri bildirdi ki, qəzetə qarşı iddianı rəhbəri olduğu rayonun məhkəməsinə verən Vilyam Hacıyevin «qələbəsi» əvvəlcədən də görünən idi: «Hər halda, heç bir məhkəmə hakimi icra başçısının iddiasının əleyhinə qərar çıxaracaq qədər müstəqil ola bilməz».

Hazırda Sumax rayon məhkəməsinin qərarından apellyasiya məhkəməsinə şikayət verdiklərini bildirən Şirin Cəfərinin sözlərinə görə, redaksiya əgər öz haqqını Azərbaycanın hüdudları içində bərpa edə bilməyəcəksə, o zaman Avropa İnsan Haqqları Məhkəməsinə qədər gedəcək: «Biz heç bir zaman Azərbaycan dövləti ilə hansısa ünvanda üz-üzə gəlmək istəməmişik. Amma nə edək ki, məhz Vilyam Hacıyev kimi məmurların hesabına AİHM-ə təqdim olunacaq iddiamızda da qarşı tərəf kimi Azərbaycan dövləti göstəriləcək. Bu, ayıb olan bir məsələdir. Amma bizi buna vadar edirlər».

Qeyd edək ki, Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev «Gündəm Xəbər» qəzetində işgüzar nüfuzunun tapdandığını idda edib. «Hər halda bir icra başçısının «işgüzar nüfuzunun» olması ifadəsi də kifayət qədər qaranlıq olan məsələdir» deyən Şirin Cəfəri onu da söylədi ki, qəzetdə icra başçısının prezidenti aldatmasından yazıblar: «Bu nə vaxtdan işgüzar nüfuzun pozulmasıdır? Bu nə vaxtdan şərəf və ləyaqətin tapdanması hesab olunur? Vilyam Hacıyev məhz prezidentimizi aldadıb və biz də bunu yazmışıq».

Bildirək ki, «Gündəm Xəbər» qəzetində Vilyam Hacıyevin 2008-ci ilin 4 mart tarixində Samux rayonunda olarkən prezident İlham Əliyevə əslində çayxana kimi fəaliyyət göstərən obyektin «Şahmat Evi» kimi təqdim olunmasında yazılıb. Daha sonra qəzet Samux Asfalt Beton Zavodunun sahibi Nəsrulla Nəzərovun icra başçısı tərəfindən 491 min manat pulunun mənimsənildiyini də sahibkara istinadən yazıb ki, bu faktlara görə də Vilyam Hacıyev rəhbəri olduğu rayonun məhkəməsində haqsız iddia qaldıraraq «Gündəm Xəbər» qəzetini 5 min manat həcmində cərimələtdirib.


Geri qayıt