Əsas Səhifə > Ölkə > “HANSISA MƏMURUN ARXA BAĞÇASI OLMAYACAĞIQ”

“HANSISA MƏMURUN ARXA BAĞÇASI OLMAYACAĞIQ”


23-02-2012, 13:04
“HANSISA MƏMURUN ARXA BAĞÇASI OLMAYACAĞIQ”

YENİ PORTALIN RƏHBƏRLİYİ MÜXALİFƏTİ ƏMİN ETDİ

DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, hakimiyyət yeni internet portalı yaradır. “Veteninfo.az” adlanacaq portalın rəhbəri Nahid Canbaxışlı artıq bununla bağlı DİA.AZ-a açıqlama verib. Həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq:

“Hər bir həmkarım kimi mən də uzun illərdi Azərbaycanda milli mətbuatın inkişafı istiqamətində üzərimə düşən məsuliyyətdən yola çıxaraq xalqıma və dövlətimə xidmət etməkdəyəm. “Rezonans” qəzetindən başlanan jurnalistika həyatım bu gün “Həftə-içi” qəzetinin parlamen müxbiri olaraq davam etməkdədir. Son illər Azərbaycanda virtual medianın inkişafı yönündə görülən işlər və bu məkanda yeni-yeni xəbər portalları açaraq oxucuların qarşısına çıxan həmkarlarımı canıgönüldən təbrik edirəm”.

Daha sonra “Vətəninfo.az” intertet qəzetinin təsisçisi və rəhbəri Nahid Canbaxışlı bildirir: “Mən də artıq bir neçə aydır ki, virtual mediada yer almaq arzumu gerçəkləşdirərək “Vətəninfo.az” intertet qəzetini yaratmağa başlamışam. İnşallah önümüzdəki Mart ayı içərisində dəyərli oxucuların hüzuruna yeni yaradıcı kollektivlə çıxacam. İlk olaraq sizlərə bəyan edim ki, “Vətəninfo.az” hər hansı bir məmurun arxa baxçası olmayacaq və iddia olunduğu kimi müxalifət düşərgəsinin əleyhinə kampaniya aparacaq bir məkana çevrilməyəcək.

“Vətəninfo.az” Azərbaycan dövlətçiliyinin qorunması və xalqımın daha da xoşbəxt yaşaması yolunda mübariz bir intertet qəzeti olacaq. Bu məkanda xalqa qarşı haqsızlıq edən, şəxsi maraqlarını, qrup maraqlarını millətin və dövlətin maraqlarından üstün tutan insanlara qarşı xalqın tirbunası olacaq. Saytın yaradıcısı və rəhbəri olaraq bir daha bəyan edirəm ki, “Vətəninfo.az” saytının yaradılmasında hakimiyyətdə olan hər hansı bir məmurun hansısa bir rolu yoxdur. Maliyyə və iş imkanlarına gəldikdə isə bunu şəxsən daxili imkanlarımla qarşılayacam və “Vətəninfo.az” xalqı və dövləti üçün həyatı məşəl kimi alışıb yanan insanların məkanı olacaq. Biz bu yola Vətənimiz Azərbaycanı daha da firavan görmək üçün çıxdıq”.

Biz də öz növbəmizdə həmkarlarımıza uğurlar diləyirik.

Geri qayıt