Əsas Səhifə > Ölkə > ZƏLİMXAN MƏMMƏDLİYƏ AĞIR İTTİHAM
ZƏLİMXAN MƏMMƏDLİYƏ AĞIR İTTİHAM27-02-2012, 11:18 |
POLŞADAKI BORÇALI TÜRKLƏRİNİN QƏZƏBLİ AÇIQLAMALARI DİA.AZ: - Hazırda Varşavada olan Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacar DİA.AZ-a açıqlamasında bildirib ki, Bakıda fəaliyyət göstərən “Borçalı” Cəmiyyətinin sədri, KXCP Ali Məclisindən qovulmuş Zəlimxan Məmmədli məsulliyətsizcəsinə və heç bir ədəb qaydalarına sığmayacaq tərzdə Borçalı türklərinin təhqir etməklə məşğuldur: “Bu adama kim ixtiyar verib ki, insanlara böhtan atsın, fakt sübut olmadan casus adlandırsın. BMM-də keçirdiyi mətbuat konfransında, həmçinin ATV və Kanal-13-ün efirində Zəlimxan Məmmədli Borçalı gənclərini “sürü” adlandırır. Məgər Borçalı gəncləri heyvandırlar? Bu siyasətciyə yaraşmayan bir ədəbsiz hərəkətdir, izahı olmayan bir presendentdir. Vətəndaşın casus olduğunu yalnız əks-kəşfiyyat orqanları və məhkəmə müəyyən edə bilər. ATV-nin efirində Zəlimxan Məmmədli bildirdi ki, Borçalıdan gənclərini “SÜRÜ” ilə İrana aparırlar. Bu təhqiri nə haqla deyir Zəlmixan Məmmədli gənclər haqqında? O, insanları birləşdirmək əvəzinə təhqir etmək və aşağılamaqla məşğuldur. İnsanlara “SÜRÜ” demək ən azından ədəb qaydalarına belə sığmır. Mən açıqca və cəsarətlə qeyd edirəm, Zəlimxan Məmmədli hansısa dövlətin gizli sifarişini həyata keçirərək Borçalı türkləri arsında, Borçalıda fəaliyyət göstərən təşkilatlar arsında, Azərbaycandakı əslən Borçalıdan olan ziyalılar arasında nifaq toxumu səpməkdədəir. Onun kütləvi casus ittihamları Gürcüstanın hüquq mühafizə orqanları üçün lazımdır. Çünki Zəlimxan Məmmədlinin bu ittihamları sonradan bir çox şəxslərin Gürcüstanda həbsi üçün əsas ola bilər. Bu isə Borçalı türklərinə qarşı düşünülmüş və yaxın gələcəyə hesablanmış bir təxribatdır. Qaldı ki Zəlimxan Məmmədli kiməsə casus deyirsə bir özünü düşünsün. 2004-cü ildə məhz onun evinə Rusiya general-mayoru gəlib və saatlara süfrə arxasında gizli söhbət aparıb. Bunu unutmasın Borçalı Cəmiyyətinin sədri. Rusiya generalı mənim evimə gəlməmişdi onun evinə gəlmişdir. İndi buyursun izah etsin, aşıqlama versin. Rusiya xüsusi xidmət organları ilə Borçalıların əlaqə yaratmaq ənənəsinin məhz Zəlimxan Məmmədli qoyub”. Geri qayıt |