Əsas Səhifə > Ölkə, Manşet > BAKIDAKI “MOSSAD” AGENTİ KİMDİR?

BAKIDAKI “MOSSAD” AGENTİ KİMDİR?


27-02-2012, 14:43
BAKIDAKI “MOSSAD” AGENTİ KİMDİR?

İRAN MƏTBUATI CASUSUN ADININ “CƏFƏR XOŞZƏBAN” OLDUĞUNU BİLDİRİR

DİA.AZ: - Neçə müddətdir ki, rəsmi Tehran Azərbaycanın «Mossad» və CİA ilə işbirliyində ittiham edir. Və aradakı gərgin münasibətlərdə bir məqam da yer alıb ki, molla rejimi «Mossad»ın Bakıda agentinin olması iddiasını da irəli sürüb. Bu gün isə İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən «arannyus» portalı tərəfindən eyni mövzuya yenidən qayıdılıb.

İran portalının ««Mossad»ın Bakıdakı casununun adı üzə çıxdı» başlıqlı materialında həmin «şəxsin» adı da açıqlanıb. DİA.AZ olaraq məlumatı diqqətinizə çatdırırıq:

«İranın nüvə alimlərinə qarşı terrorçu əməliyyatların həyata keçirilməsində rolu olan Mossadın Bakıdakı casusu"Cavidan" təxəllüsü "Cəfər Xoşzəban"-dır.

Müxbirimizin məlumatına görə, Mossadın Bakıdakı casusuna Azərbaycan Respublikasının təhlükəsizlik orqanları tərəfindən hərtərəfli dəstək verilib. İran İslam Respublikası Mossadın iranlı casusunun qaytarılmasını tələb edir.

12 fevral 2012-ci tarixində Azərbaycan Respublikasının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan Respublikasında Mossad casusluq şəbəkəsinə yaradılmış şəraitə görə ona etiraz bildirib .

Keçmişdə də nüvə alimi şəhid Əliməhəmmədinin qatili Məcid Camali Fəşi də Azərbaycan Respublikasında ona Tələvivə səfər üçün şəraitin yaradıldığı və ixtiyarında saxta pasportun qoyulduğunu etiraf etmişdi.

İranda həbsə alınmış terrorçuların etriaflarına görə Azərbaycan Respublikasının xəfiyyə orqanlarının Mossad Terror Təşkilatının İranın nüvə alimləri əleyhinə terror əməliyyatlarında iştirakı olmuşdur.

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının həmçinin İranın düşmənləri sırasında qeydə alınmış terrorçu münafiqlər (Xalıq Mücahidləri Təşkilatı) və PEJAK qaragüruhları üzvlərinə dəstək və Az. R. ərazisində sığınacaq verməsi də göz önündədir».


Geri qayıt