Əsas Səhifə > Ölkə, Manşet > TEHRANDAN AZƏRBAYCANA DAHA BİR HƏDƏ

TEHRANDAN AZƏRBAYCANA DAHA BİR HƏDƏ


1-03-2012, 15:44
TEHRANDAN AZƏRBAYCANA DAHA BİR HƏDƏ

AZƏRBACANIN İSRAİLLƏ YENİ ANLAŞMASINA İRANDAN SƏRT REAKSİYA

DİA.AZ: - İranın dövlət rəsmiləri İsrail-Azərbaycan hərbi əməkdaşlığına sərt reaksiyalarını davam etdirirlər. Son olaraq İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Hüseyn İbrahimi Azərbaycanın ünvanına çox sərt ittihamlar səsələndirib.

DİA.AZ olaraq "Arannews"un həmin məlumatını olduğu kimi diqqətinizə çatdırırıq:

“İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Hüseyn İbrahimi Azərbaycan Respublikası ilə İsrail rejimi arasındakı son hərbi anlaşmaya işarə edərək dedi: "İranın ümumi siyasəti vardır və əsasən sionist rejiminin hərəkətlərinə həssasdır. Əlbəttə, azərilər təkcə bu müqaviləni bağlamayıblar, həqiqətdə bu ölkə İslam Respublikası hökumətinin düşmənlərinin yığıncağ yerinə çevrilibdir".

O, bu barədə artırdı: "Əgər Azərbaycan bu cür hərəkətlərini davam etdirmək istəsə, biz də belə hadisələrin qarşısını almaq üçün hər növ imkanlardan istifadə edəcəyik".

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti vurğuladı: "Əlbəttə, biz Azərbaycandan belə hərəkətləri gözləmirik. Çünki bu ölkə bir vaxtlar İranın bir hissəsi olub və iki ölkə xalqı bir-birlərilə dostdurlar. Ona görə də bu ölkə israillilərin forumuna çevrilməməlidir".

İbrahimi bir daha İran İslam Respublikasının İsrailin hərəkətlərinə qarşı həssas olmasını vurğulayaraq, təkid etdi: "İran, Azərbaycanın İran İslam Respublikasının düşmənlərinin forumuna çevrilməsinin qarşısını almaq üçün heç nədən çəkinməyəcək.

Ümidvarıq ki, Azərbaycan Respublikası qabaqlar olduğu kimi İran İslam Respublikası ilə öz yaxşı əlaqələrini qoruyub saxlayacaq və İran hökumətinin (sionist rejimə qarşı) həssaslığını dərk edəcək. Əlbəttə, azərilər də gərək başa düşsünlər və İranın mövqeini dərk etməkdən əlavə öz vəziyyətlərini də dərk etsinlər. Çünki bu ölkə xalqı da İran İslam Respublikası düşmənlərinin hüzuruna və Bakı dövlətinin sionistlərlə anlaşma imzalamasına dözməyəcək".

İran İslam Şurasının Milli Təhlükəsizlik Komissiyasının vitse-prezidenti İranın Naxçıvanla siyasətlərinə yenidən baxmasınınlüzumu mövzusu barədə açıqlama verərək dedi: "Gərək reallıqlar araşdırılsın və Naxçıvan barədə qərar qəbul edilsin"”.

Geri qayıt