Əsas Səhifə > Ölkə > HACI MƏMMƏDOV DEDİ, AMMA ARAŞDIRILMADI

HACI MƏMMƏDOV DEDİ, AMMA ARAŞDIRILMADI


2-03-2012, 13:46
HACI MƏMMƏDOV DEDİ, AMMA ARAŞDIRILMADI

ELMAR HÜSEYNOVUN QƏTLİNİN 7-Cİ İLDÖNÜMÜ

Martın 2-də demokratik ictimaiyyətin nümayəndələri “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qəbrini ziyarət ediblər. Onun ölümündən 7 il keçir. Tədbirdə jurnalistlər, müxalifət partiyalarının liderləri, hüquq müdafiəçiləri, ziyalıların nümayəndələri, diplomatik missiyaların təmsilçiləri iştirak ediblər.

Jurnalistin məzarı önündə çıxış edənlər indiyədək qətlin üstünün açılmamasından hiddətləndiklərini bildiriblər. Ümumi fikrə görə, redaktorun qətlində hakimiyyətin əli var və bu cinayət yalnız hakim rejimin dəyişməsindən sonra mümkün olacaq.

*E.Hüseynov işdən evə qayıdarkən naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkar ona 7 güllə vurub. Bir müddət sonra hakimiyyət bildirib ki, qətli əslən azərbaycanlı olan Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov törədib. Lakin Gürcüstan hakimiyyəti onları verməkdən imtina edərək həmin şəxslərin qətlə bağlı olmasına sübut yoxdur.

Daha sonra qanqster qrupunun rəhbəri, Azərbaycan DİN cinayət axtarışı üzrə polkovnik Hacı Məmmədov qətlin təşkili barədə bəyanatla çıxış edib. Lakin hakimiyyət bu bəyanatı araşdırmayıb.

Qətllə bağlı digər versiyanı jurnalist Eynulla Fətullayev açıqlayıb. O bildirib ki, qətl Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Akif Çovdarov tərəfindən təşkil olunub. Belə ki, 2007-ci ildə Fətullayevin saxlandığı MTN təcridxanasında o, bunu şəxsən özü etiraf edib.


Geri qayıt