Əsas Səhifə > Partiya > İQBAL AĞAZADƏNİN RƏQİBİ YOXDUR

İQBAL AĞAZADƏNİN RƏQİBİ YOXDUR


2-03-2012, 14:35
İQBAL AĞAZADƏNİN RƏQİBİ YOXDUR

PARTİYA SƏDRİ SEÇKİYƏ ALTERNATİVSİZ GEDİR

Ümid Partiyasının qurultayında İqbal Ağazadə yenidən partiyanın sədri seçilə bilər. Bu barədə partiyanın İcra Aparatının rəhbəri Nəsimi Məmmədli deyib.

Onun sözlərinə görə, partiyada İqbal Ağazadəni əvəz edə biləcək ciddi alternativ yoxdur: “Ona görə də İqbal Ağazadə qurultayda yenidən partiya sədri seçilə bilər”.

O söyləyib ki, təmsil etdiyi partiyanın qurultayı cari ilin iyun-iyul aylarında keçirilə bilər. Əslində, növbəti qurultayın vaxtı may ayının 6-da tamam olur. Ancaq qurultaya hazırlıq işləri tam başa çatmadığı üçün proses bir qədər yubana bilər. İndi rayon təşkilatlarının 70 faizində qurultaya hazırlıq prosesi başa çatıb və nümayəndələr seçilib.


Geri qayıt