Əsas Səhifə > Dünya > İRANDA SEÇKİLƏRİN NƏTİCƏSİ BƏLLİ OLDU

İRANDA SEÇKİLƏRİN NƏTİCƏSİ BƏLLİ OLDU


3-03-2012, 12:52
İRANDA SEÇKİLƏRİN NƏTİCƏSİ BƏLLİ OLDU

HAKİM PARTİYA QƏLƏBƏ QAZANIB

İranda martın 2-də keçirilmiş IX çağırış parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, seçkidə xalqın iştirakı 70%-ə yaxın olub. Ölkənin paytaxtı Tehranda isə bu göstərici 45% qeydə alınıb.

Artıq İran parlamentinə seçilmiş namizədlərin təxminən 20 faizinin, yəni 60 nəfərinin adı məlum olub. Bəzi deputatlar təkrar etimad qazanıblar. Onlardan bir neçəsi iki şəhəri təmsil edir. İlkin nəticələr seçkilərdə hakim mühafizəkarlar düşərgəsinin qələbə qazandığını göstərir. Seçkilərin tam nəticələri seçki günündən 48-72 saat sonra açıqlanacaq.


Geri qayıt