Əsas Səhifə > Hadisə > SAAKAŞVİLİ “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!” DEDİ

SAAKAŞVİLİ “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!” DEDİ


7-03-2012, 12:53
SAAKAŞVİLİ “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!” DEDİ

GÜRCÜ PREZİDENTDƏN JEST

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili martın 7-də Milli Məclisə gəlib.

“Media forum” saytının məlumatına görə, Mixail Saakaşvili Milli Məclisdə çıxış edib.

Gürcüstan prezidenti çıxışında Azərbaycan dövlətinin yaranması tarixinə də toxunub və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin adını çəkib. Çıxışının bu hissəsində Mixail Saakaşvili Azərbaycan dilində danışıb və Məhəmməd Əmin Rəsulzadənin məşhur sözünü xatırladıb: “Bir kərə yüksələn bayraq bir daha enməz!”

Gürcüstan prezidenti Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri Cavad xan, Üzeyir Hacıbəyli, Fətəli xan Xoyski, Nəriman Nərimanov və başqalarının da adlarını çəkib.

Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrin müttəfiqliyinin sarsılmazlığını vurğulayan Mixail Saakaşvili çıxışının sonunda da Məhəmməd Əmin Rəsulzadənin sözünə qayıdıb. Milli Məclisdə rus dilində çıxış edən Gürcüstan prezidenti “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözlərini əvvəlcə rus, sonra gürcü, daha sonra Azərbaycan dilində səsləndirərək nitqini yekunlaşdırıb.


Geri qayıt