Əsas Səhifə > Şou-biznes > 3 ULDUZ BİR ARADA
3 ULDUZ BİR ARADA7-03-2012, 13:47 |
SAFURA ƏLİZADƏ, ZAMİQ HÜSEYNOV VƏ AYGÜN KAZIMOVA... Ulduzlar Ukraynada yaşayan həmyerlilərimizi konsertlə sevindirəcəklər. Milli.Az xəbər verir ki, martın 14-də Ukraynanın Donetsk vilayətində Novruz bayramı münasibəti ilə möhtəşəm konsert proqramı təşkil olunacaq. Başda Azərbaycanın xalq artisti Aygün Kazımova olmaqla, tanınmış müğənnilər Safura Əlizadə, Zamiq Hüseynov həmin gün səhnəyə çıxacaqlar. Konsertin detalları barəsində oxucularımızı məlumatlandıran xalq artistinin prodüseri Tarix Əliyev (Tolik) oldu: "Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının təşəbbüsü, şəxsən İqbal müəllimin dəvəti ilə ayın 14-də bayram tədbiri keçiriləcək. Aygün xanımla birlikdə daha iki sevilən müğənni - Zamiq Hüseynovla Safura Əlizadə Donetskə gedəcəklər. Məndə olan məlumata görə, fəxri qonaq qismində Ukraynanın tanınmış sənətçiləri də əziz bayramımız münasibəti ilə təşkil olunacaq konsertdə səhnəyə çıxacaqlar. Sürpriz olsun deyə adlarını açıqlamaq istəmirik". Tolikin sözlərindən dəqiqləşdirdik ki, müğənnilərin konsertdən bir gün öncə, yəni martın 13-də Bakını tərk edib, ayın 16-da Bakıya qayıdacaqlar. Geri qayıt |