Əsas Səhifə > Ölkə, Manşet > GÖMRÜK KOMİTƏSİNİN SİTRUS SEVGİSİ

GÖMRÜK KOMİTƏSİNİN SİTRUS SEVGİSİ


13-03-2012, 12:57
GÖMRÜK KOMİTƏSİNİN SİTRUS SEVGİSİ

DGK ŞEFİ AYDIN ƏLİYEVİN İDARƏSİNDƏ ÇOXMİLYONLU «PRİPİSKA»

DİA.AZ: - Xaricdən idxal olunan malların bizim gömrük orqanlarında gizlədilməsi faktları təzə xəbər deyil. Müxtəlif ölkələrin Azərbaycana ixrac etdiyi məhsulların həcmi və dəyəri bizə gələndə kəskin şəkildə «azalır». Səbəbi də çox sadədir. O malların bir hissəsi rəsmiləşdirilir, qalanını ölkəyə sənədləşdirmədən buraxırlar və onlara görə alınan dövlət rüsumu yeyilir. Yəni sahibkarlardan rəsmi ödəmələrdən əlavə alınan rüşvət bəs etmir, üstəlik, dövlətin rüsumu da mənimsənilir. Bu haqda çox araşdırmalar olub və bəlli olur ki, son illərdə bu cür oğurluq hesabına ölkənin azı 10 milyard manatı oğurlanıb. Dövlət orqanları özləri dövlətimizi - yəni, bizi talamaqdan əl çəkmir.

Buyurun, DİA.AZ olaraq daha bir faktı nəzərinizə çatdırırıq. Azərbaycanın gömrük statistikasının məlumatına görə, 2009-cu ildə Gürcüstandan ölkəmizə ümumilikdə 10,8 min ton sitrus meyvələri idxal olunub. Lakin Gürcüstandakı rəqəmlər tamam fərqlidir. Buyurun, diqqət yetirin. Bu ölkənin inzibati ərazisinə daxil olan Acarıstan Muxtar respublikasının Kənd Təsərrüfatı Nazirliyinin «Acarıstan MR-da aqrar sektorun stiuativ analizi» adlı hesabatından aydın olur ki, təkcə Gürcüstanın bir inzibati ərazisindən 2009-cu ildə Azərbaycana 31,7 min ton sitrus meyvələri ixrac olunub (Bax:Http://www.moa.ge/uploads/Strategic%20plan %20for%20regional%20agro-sector%20develop ment%202010.pdf )

Bu, Azərbaycanın gömrük statistikasında göstərilən rəqəmdən təxminən 3 dəfə çoxdur. Hələ Gürcüstanın başqa bölgələri də var. Görün nə böyüklükdə cinayətə əl atırlar. Ölkəyə daxil olan malların ən azı yarıdan çoxu, bəlkə də 90 faizi rəsmiləşdirilmir və buna görə ödənilən gömrük haqqı gizlədilir və yeyilir.

Rəsmi sənədlərə görə, 2008-ci ildə Azərbaycan 9,4 min ton banan idxal edib. Bu çoxdur, yoxsa az? Maraqlıdır ki, əhalisi bizdən iki dəfə az olan Ermənistan həmin il 18,2 min ton banan idxal edib. Bu, miqdar baxımından bizdəkindən iki dəfə çox edir, əhalinin sayı nisbətində isə 4 dəfə çoxdur. Əslində, bu miqdar gömrükdə tam sənədləşdirilməyən banan idxalının yalnız cüzi bir hissəsidir. Malın qalan hissəsi sənədləşdirilmədən ölkəyə buraxılıb. 9,4 min ton banan idxalı o deməkdir ki, Azərbaycanda ildə adambaşına 1 kq banan yeyilir. Halbuki bu göstərici Rusiyada 6,6, Türkiyədə 5, rumıniyada 6, Əlcəzairdə 4-dür. Avropa ölkələrində isə 10-dan yuxarıdır. Ukrayna 2008-ci ildə 297 min ton banan idxal edib. Ukraynanın əhalisi bizdən təxminən 5 dəfə çoxdur. Həmin nisbəti götürdükdə biz 60 min ton banan idxal etməli idik.


Geri qayıt