Əsas Səhifə > Ölkə > TİBB UNİVERİSTETİNİN MÜƏLLİMİ AZAD EDİLDİ
TİBB UNİVERİSTETİNİN MÜƏLLİMİ AZAD EDİLDİ19-03-2012, 13:14 |
O, RÜŞVƏT ALMAQDA İTTİHAM OLUNURDU Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasının assistenti Mahmud İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. İsmayılovun əməli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə tövsif olunub. O, 600 manat cərimə olunaraq məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Hüseynov Aydın Zəkər oğlunun baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. A. Hüseynov “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək qızı Aidə Hüseynovanın üzərində apardığı cərrahiyyə əməliyyatının müqabilində Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasının assistenti İsmayılov Mahmud Uğurlu oğlunun ondan rüşvət istəməsi barədə məlumat verib. Müəyyən edilib ki, Mahmud İsmayılov Bakı şəhər sakini Aidə Hüseynovanın üzərində 7 oktyabr 2011-ci il tarixdə qeyd olunan kafedrada apardığı cərrahiyyə əməliyyatının müqabilində Aydın Hüseynovdan 1000 manat pul istəyib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mahmud İsmayılov oktyabrın 24-də özünə məxsus avtomaşında 550 manat pulu Aydın Hüseynovdan rüşvət kimi alarkən cinayət başında tutulub. Törətdiyi cinayət əməlinə görə M. İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Geri qayıt |