Əsas Səhifə > Ölkə > DÖVLƏT NOTARİUSUNUN MÖHÜRÜNÜN SAXTASI VAR İMİŞ

DÖVLƏT NOTARİUSUNUN MÖHÜRÜNÜN SAXTASI VAR İMİŞ


22-03-2012, 13:01
DÖVLƏT NOTARİUSUNUN MÖHÜRÜNÜN SAXTASI VAR İMİŞ

“ESEKO” SƏNƏDLƏRİN “İSTEHSALI” İLƏ MƏŞĞUL OLUB

Azərbaycan paytaxtında tərcümə mərkəzində saxta möhürlərdən istifadə edilməklə sənədlər tərtib olunması faktı aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri "Eseko" tərcümə mərkəzində direktor işləyən Elçin Heydərov, 30 saylı Dövlət Notariat Kontorunda məsləhətçi işləyən Əliş Paşayev, Bakı şəhər sakinləri Əbdüləzim Nuriyev və Balaəli Əliyev ilə cinayət əlaqəsinə girərək Buzovna qəsəbəsi ərazisindəki 25 saylı Dövlət Notariat Kontorunun saxta möhürlərindən istifadə etməklə "etibarnamə", "tərcümə sənədləri", "əmlakın bağışlama aktları"nı tərtib etmələri və vətəndaşlara satmaları müəyyən edilib.

"Eseko" tərcümə mərkəzinə baxış zamanı çoxlu sayda saxta sənədlər, 2 ədəd kompüter, üzərinə 25 saylı Dövlət Notariat Kontoru yazılmış 1 ədəd dairəvi möhür və digər köməkçi sənədlər aşkar edilərək götürülüb.


Geri qayıt