Əsas Səhifə > Cəmiyyət > ŞTRASSER AZƏRBAYCANA GƏLİR

ŞTRASSER AZƏRBAYCANA GƏLİR


7-10-2011, 16:10
ŞTRASSER AZƏRBAYCANA GƏLİR

ONA YENİ VƏZİFƏ VERİLİB

Görünür, siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin taleyində müsbət dəyişikliklər baş verib, belə ki, nəhayət o, Azərbaycana gələ biləcək.

Bu gün Strasburqda Monitorinq Qrupunun iclası keçirilib. İclasda Ştrasseri qəbul etməkdən imtina edən Azərbaycan hakimiyyəti ilə müəyyən kompromis əldə olunub. Avropa Şurasındakı məlumatlı mənbə Turan-a bildirib ki, AŞPA və Azərbaycan arasında əldə olunan razılaşmaya görə, Ştrasserin vəzifəsindən Azərbaycan sözü götürülür, lakin o, bu postda qalır və onun fəaliyyəti əvvəlkitək Azərbaycan üzrə işi nəzərdə tutur. Eyni zamanda “siyasi məhbus” anlamının meyarlarının müəyyən olunması üzrə iş aparılacaq.

Ştrasser noyabrda viza üçün müraciət etmək niyyətindədir və çox güman ki, rəsmi Bakı onunla əməkdaşlıq edəcək.

Onun vəzifəsinin yeni adı belə olacaq: “Siyasi məhbuslar məsələsinin öyrənilməsi və siyasi məhbus anlamının müəyyən edilməsi”

Xatırladaq ki, iki il ərzində Ştrasser Azərbaycana gələ bilmirdi, belə ki, hakimiyyət onun mandatını tanımaqdan imtina edirdi. Bakı bunu onunla izah edirdi ki, Azərbaycanda siyasi məhbus və bu anlamı müəyyən etmək üçün meyar yoxdur. Eyni zamanda hakimiyyət bildirirdi ki, Strasburqa təqdim olunan siyasi məhbusların siyahısı obyektiv deyil, orada adları çəkilənlər isə cinayətkardır.


Geri qayıt