Əsas Səhifə > Gündəm, Manşet > GÖMRÜK SİSTEMİNDƏ İSLAHATLAR GÖZLƏNİLİR

GÖMRÜK SİSTEMİNDƏ İSLAHATLAR GÖZLƏNİLİR


2-04-2012, 11:49
GÖMRÜK SİSTEMİNDƏ İSLAHATLAR GÖZLƏNİLİR

KƏMALƏDDİN HEYDƏROV DAHA BİR NƏZARƏT ZONASINI İTİRMƏK ÜZƏRƏDİR

DİA.AZ: - Neçə müddətdir ki tikinti sahəsində toqquşan oliqarx-məmurların bu yöndə müəyyən anlaşmaya gəldikləri kifayət qədər hiss olunanındır. Əldə etdiyimiz məlumatlardan da aydın olur ki, inşaat sektoru məmurlar arasında bölüşdürülüb. Yəni bu istiqamətdə kiminsə təkhakimiyyətliliyi ideyası iflasa uğrayıb.

Qeyd edək ki, əslində bu paylaşımdan ən çox zərər görəni fövqəladə hallar naziri Kəmaləddin Heydərov oldu. Hər halda, FHN şefi neçə müddət inşaat sektorunu nəzarəti altına ala bilməsi üçün çox ciddi addımlar atdı. Hətta inşaat malzəmələrinin Azərbaycanda satışının təşkilini də inhisarı altına aldı ki, bu proses zamanı Kəmaləddin Heydərova bu gün gömrük sistemini tam olaraq nəzarətində saxlaması yardımçı oldu.

Belə ki, FHN şefi əlindəki gömrük rıçaqları hesabına idxal olunan tikinti materiallarının ödkə içində satışı ilə məşğult olan şirkətlərin böyük əksəriyyətini bayrağı altına keçirə bildi. Hətta bu zaman «Knauf» boyalarının, ondulayn örtüklərin və digər inşaat materiallarının distribütorluğunu həyata keçirən və tanınmış şair Rüstəm Behrudinin qardaşına məxsus olan «Behrud İnşaat» da FHN şefinə tabe etdirildi. Hazırda sözügedən şirkətin Kəmaləddin Heydərova aylıq pay verdiyi də iddia olunur.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Kəmaləddin Heydərovun gömrükdəki fironluğu heç də rəqibləri üçün sərfedici deyil. Elə buna görə də son olaraq qızışan döyüş meydanı məhz bununla bağlıdır.

Hökumət içindəki mötəbər qaynaqlardan aldığımız məlumata görə, Kəmaləddin Heydərovun gömrükdəki təsirinin azaldılması məqsədilə antiheydərovçu qruplaşmalar Dövlət Gömrük Komitəsində kadr və struktur islahatlarının aparılması yönündə fəaliyyətə keçiblər.

Mənbəmizin söylədikləri: «Onlar artıq «yuxarıları» da bu islahatların keçirilməsi zərurətinə inandıra biliblər. Digər yandan, neçə müddətdir ki, beynəlxalq qurumlar da Azərbaycan gömrüyü ilə bağlı islahatların aparılması təkliflərini rəsmi Bakıya ünvanlamaqdadırlar ki, bu da rəqiblərinin işinə yarayır».

Artıq gömrük sistemində islahatların keçirilməsi ilə əlaqədar yeni qanunvericilik bazasının da yaradılması yönündə müəyyən addımların atıldığını bildirən mənbəmizə görə, ola bilsin ki, parlamentin iclaslarının birində sözügedən qanun layihəsi müzakirəyə çıxarılsın.


Geri qayıt