Əsas Səhifə > Ölkə > BAKIDA JURNALİSTLƏRİ VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
BAKIDA JURNALİSTLƏRİ VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR2-04-2012, 13:21 |
HACIBALA ABUTALIBOVUN İŞÇİLƏRİ QAN-QAN DEYİR Şəmsi Bədəlbəyli küçəsi, 20-də söküntü işlərilə bağlı çəkiliş aparan fotojurnalistlər fiziki təzyiqlərə məruz qalıblar. Bu barədə Turan-a hadisə yerində olan fotojurnalist Etimad Budaqov bildirib. Söküntü işləri aparmaq üçün gələn şəxslərlə sakinlər arasında qarşıdurma yaranıb. Bu qarşıdurmanı çəkən Turan-ın fotomüxbiri Etimad Budaqov və “Azadlıq” radiosunun xanım əməkdaşı Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun və onun ətrafında olan 20-yə qədər fəhlənin fiziki zorakılığına məruz qalıb. Onların fotoaparatı sındırılıb. Söküntü aparan şəxslərlə qarşıdurmada sakin Afaq İsmayılovanın səhhəti pisləşib, yardIm üçün hadisə yerinə təcili yardım çağırılıb. Artiq iki ildir ki, Bakının Füzuli və S.Bədəlbəyli küçəsində söküntü işləri gedir. “Qış bulvarı”nın salınması adı ilə minlərlə ailə mülklərindən məhrum edilir. Sakinlər bu söküntüləri qanunsuz sayaraq müqavimət göstərirlər. Amma rəsmi qurumlar zor tətbiq etməklə adamları evlərindən çıxarır, onlara ədalətli kompensasiya vermir. Hazırda bu məsələ ilə bağlı 300-ə yaxın sakinin şikayət ərizəsi Avropa məhkəməsindədir. Geri qayıt |