Əsas Səhifə > Ölkə > MƏRKƏZİ UNİVERMAQDA NƏ BAŞ VERİR?
MƏRKƏZİ UNİVERMAQDA NƏ BAŞ VERİR?2-04-2012, 13:25 |
MUM SƏHMDAR CƏMİYYƏTİ LƏĞV EDİLƏ BİLƏR Bakı Mərkəzi Univermağının səhmdarları səhmdar cəmiyyətinin ləğvi məsələsini müzakirə edəcəklər. Bu, aprelin 5-də növbədənkənar yığıncaqda olacaq. Amma sirr deyil ki, müsbət qərar veriləcək. Təkcə 29 martda Bakı Fond Birjasında Mərkəzi Univermağın 1300 səhminin alqı-satqısı üzrə 45 əqd qeydiyyata alınıb. Buna qədər fevralda onun səhmləri üzrə iki iri əqd bağlanılıb. Birja martın 3-dəki əqd üzrə məlumat yaymayıb. Ona görə əvvəlki günlərdə də MUM-un səhmlərinin alışı üzrə əməliyyatların olduğu mümkündür. SC-nin 500 səhmdarı var. Turan-ın məlumatına görə, əsas səhm paketi parlamentin iki deputatı arasında bölünüb və onların qızlarının adınadır. SC-nin ləğvinin səbəbi məlum deyil. Univermağın binası tarixi abidə sayılır. Mərkəzi Univermağın səhmlərinin alqı-satqısı üzrə əqdlər 6 manatadır. Amma səhmdarlar deyir ki, nominal qiyməti 2 manat olan səhmlər üçün onlara 30 manat verirlər. SC-nin nizamnamə kapitalı 1,46 mln manatdır. Geri qayıt |