Əsas Səhifə > Ölkə > “AMAY” ŞEFİNİN ADI “TEXNİKABANK İŞİNDƏ
“AMAY” ŞEFİNİN ADI “TEXNİKABANK İŞİNDƏ2-04-2012, 13:53 |
ABDULLA ABDULLAYEVİN İFADƏSİ ALINIB? «Gundeminfo.a»-a daxil olan məlumata əsasən bir müddət əvvəl həbs edilmiş Texnikabankın idarə heyyətinin üzvü Etibar Əliyev azadlığa buraxılandan sonra bəzi şəxslər də ifadəyə çəkilməyə başlayıblar. Amma Etibar Əliyev azadlığa çıxa bilsə də, deyəsən onun qara günləri hələ qabaqdadır. Məlumata görə, bank rəhbərinin barəsində başladılan istintaq hərəkətləri davam etdirilir. Bu bank vasitəsilə həyata keçirilən bir sıra maliyyə əməliyyatları ilə bağlı olaraq iş adamları da istintaqa dəvət edilirlər. Belə iş adamlarından biri də «A.M.A.Y» şirkətlər qrupunun prezidenti Adlula Abdullayevin olduğu söylənilir. İş adamının uzun müddət Etibar Əliyevlə problemləri olduğundan və konkret olaraq bankın müştəriləri arasında ən böyük problemli kreditlərin sahibi olduğundan ifadəsinin alındığı deyilir. Xatırladaq ki, A.Abdullayev 2008-ci ildə Texnikabankdan üst-üstə 2 milyon manata qədər kredit götürüb. O kreditin bir hissəsini qaytarsa da, bank sonradan iş adamına kredit verməkdən imtina edib və faktiki olaraq Xətai metrosu yaxınlığında olan Ticarət Mərkəzinin inşası yarımçıq qalıb. Bundan sonra Abdulla Abdullayevin ortaqları həbs edilib və banka olan borclarını qaytarmadıqlarından hətta əmlaklarına da həbs qoyulub. Bu gün aldığımız məlumata görə, Abdulla Abdullayev məhz Etibar Əliyevin əleyhinə ifadəsi alınmaq üçün istintaqa çağırılıb. Lakin onun ifadə verib-vermədiyi məlum deyil. Məlumat üçün bildirək ki, «A.M.A.Y» prezidenti krediti geri qaytarması ilə bağlı ona bank tərəfindən ciddi problemlər yaradıldığını iddia edib. Məsələ burasındadır ki, artıq onun etirazları da eşidilməyə başlayıb və iş Adamı artıq Etibar Əliyevdən qisasını ala bilər. Geri qayıt |