Əsas Səhifə > Şou-biznes > MÜGƏNNİMİZ ŞİKƏST QALA BİLƏR?

MÜGƏNNİMİZ ŞİKƏST QALA BİLƏR?


4-04-2012, 14:02
MÜGƏNNİMİZ ŞİKƏST QALA BİLƏR?

ŞOU ALƏMİNDƏ 29 YAŞLI ƏN GƏNC NƏNƏ KİMDİR?

6 aprel saat 21:00-da Lider TV-də yayımlanan “Rəngarəng” verilişinin qonağı son zamanlar öz maraqlı layihələri ilə gündəmdə olan müğənni Roza Zərgərlidir.

Milli.Az-ın məlumatına görə, aparıcı Zaur Nəbioğlu və rejissor Aynurə Tahirqızının ərsəyə gətirdikləri verilişdə Rozanın həyatında baş verən və bu günə kimi heç bir KİV-də səslənib-yazılmayan bir çox nüanslar ortalığa çıxdı. Belə ki, Rozanın öz doğma qızından başqa da bir qızcığazı var.

Zaurun “Həmin uşaq indi haradadır?” sualını eşidən Roza göz yaşlarını çətinliklə saxladı. Verilişin sonunda yaradıcı heyətin planı ilə qəflətən çəkiliş meydançasına gələn həmin qız, görəsən, müğənninin çoxlarından gizlətdiyi o uşaqdırmı?

Şou aləminin ən gənc - 29 yaşlı nənəsi də sən demə, Roza imiş. Necə? Bax bu suala “Rəngarəng”də cavab tapılacaq.

Onu da qeyd edək ki, verilişdə Roza haqqında bir çox tanınmışlar da söz açdılar. Aktrisa Vəfa Zeynalova, mügənnilər Nadir Qafarzadə və Tünzalə Ağayeva Roza haqda fərqli açıqlamalar verdilər.

Veriliş zamanı Zaurun daha bir maraqlı sualı Rozanı çaş-baş saldı. Məlum oldu ki, həyat yoldaşının soyadını daşıyan Roza bütün sənədlərdə Allahverdiyevadır və onun çox yaxın rəfiqəsi - həyat yoldaşının soyadını daşıyan Samira da Allahverdiyevadır. Bəlkə Samira ilə Rozanın həyat yoldaşları qardaşdırlar? Bu sualın da cavabı çox maraqlı olacaq.

Zarafatla dolu, şən əhval-ruhiyyədə keçən veriliş zamanı Roza daha bir etirafını etdi. Sən demə, mügənni şikəst qala bilər. Bunun səbəbini bilmək üçün isə mütləq hər həftə öz maraqlı müsafirləri ilə evlərinizə qonaq gələn “Rəngarəng”i izləmək lazımdır.

Onu da xatırladaq ki, 6 aprel saat 21:00-da verilişə baxa bilməyənlər 7 aprel 14:30-da Lider TV-də onun təkrarını izləyə bilərlər.


Geri qayıt