Əsas Səhifə > Dünya > İSRAİL ABŞ-DAN YARDIM İSTƏDİ

İSRAİL ABŞ-DAN YARDIM İSTƏDİ


5-04-2012, 13:31
İSRAİL ABŞ-DAN YARDIM İSTƏDİ

YƏHUDİLƏRİN KİMİN “ŞOTUNA” KÜKRƏMƏLƏRİ MƏLUMDUR

Məlumata görə, İsrail ABŞ-dan "İron Dome" və "Magic Wand" raketdən müdafiə sistemlərini təkmilləşdirmək üçün 700 milyon dollar yardım istəyib.

Qeyd edək ki, "İron Dome" raketdən müdafiə sistemləri yaxın məsafədən atılan raketlərin zərərsizləşdirilməsi üçün istifadə edilir. "Magic Wand" isə uçuş məsafəsi 70 km-dən az olmayan, həmçinin qanadlı raket və "Skad", "Şahab" və "Siccil" kimi ballistik raketləri zərərsizləşdirmək üçün istifadə edilir.

Əgər bu yardım edilərsə, İsrail əlavə olaraq 4 "İron Dome" batareyası yaradacaq və "Magic Wand"ın təkmilləşdirilməsini başa vuracaq.

Amma mütəxəssislər bildirirlər ki, İsrailin müdafiəyə bu qədər pul ayırmasına və diqqət etməsinə baxmayaraq, Fələstinin "Həmas" və Livanın "Hizbullah" təşkilatının adi hücumu qarşısında aciz durumda olduğu qarşıdurmalar zamanı açıq-aydın görünür.

“FaktXeber.com”


Geri qayıt