Əsas Səhifə > Hadisə > GƏNCƏDƏ SİLAHLI TOQQUŞMA

GƏNCƏDƏ SİLAHLI TOQQUŞMA


6-04-2012, 11:45
GƏNCƏDƏ SİLAHLI TOQQUŞMA

HADİSƏ NƏTİCƏSİNDƏ ÖLƏN VƏ YARALANANLAR VAR

Azərbaycanın Gəncə şəhərində silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Gəncənin Təbriz küçəsi, 93 ünvanında qeydə alınıb. Baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisə yerinə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri və prokurorluğun nümayəndələri gəlib. Hadisənin motivi açıqlanmır.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya hadisə zamanı ölən və yaralananların olduğunu təsdiqləsələr də, ətraflı açıqlama verilməyib.

Geri qayıt