Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ İNSANOVUN ZƏHƏRLƏNMƏSİ XƏBƏRİ YAYILIB

ƏLİ İNSANOVUN ZƏHƏRLƏNMƏSİ XƏBƏRİ YAYILIB


8-04-2012, 12:17
ƏLİ İNSANOVUN ZƏHƏRLƏNMƏSİ XƏBƏRİ YAYILIB

ƏFV ƏRİZƏSİ YAZMADIĞINDAN ONA QARŞI QƏSDİN OLDUĞU İDDİA EDİLİR

DİA.AZ: - Bu günlərdə təzyiq xəbəri yayılan keçmiş səhiyyə naziri Əli İnsanov yaxınlarına qəsddən saxlanıldığı həbsxanada zəhərləndiyi haqda ismarıc yollayıb. Nazir idida edib ki, o, əfv ərizəsi yazmaq niyyətindən olmadığından belə bir təxribata tuş gəlib.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Lakin buna baxmayaraq, keçmiş nazir 2007-ci ildə barəsində qurulan məhkəmə istintaqında korrupsiyadan mühakimə olunub.

Son günlər bəzi medai orqanlarında yayılan xəbərlərdə isə bildirilir ki, Qərbi Azərbaycanlıların hakimiyyətə qarşı səfərbər olma ehtimalları yüksəldiyindən və bu işlərin arxasında Əli İnsanovun da birləşdirici fiqur kimi dayanması səbəbindən iqtidarın keçmiş nazirə qarşı basqıları hətta məhbəs şəraitində də artıb, ona qarşı psixoloji təzyiqlər edilir.

Son olaraq DİA.AZ-a verilən məlumatda isə bildirilir ki, Əli İnsanov cümə günü səhhətində problemlər hiss edib və bunu yediyi yeməklərin keyfiyyəti ilə əlaqələndirməklə yanaşı, hətta yaxınlarına «məni zəhərləyiblər» şəklində ismarıc da yollayıb.

Geri qayıt