Əsas Səhifə > Ölkə > YOLU BAĞLADILAR

YOLU BAĞLADILAR


8-10-2011, 15:26
YOLU BAĞLADILAR

TİKİNTİ ŞİRKƏTİNƏ QARŞI ETİRAZ AKSİYASI

Bakı şəhərində tikinti şirkəti rəhbərinin əməlindən zərər çəkmiş bir qrup insan aksiya keçrib. “Qafqazinfo”nun məlumatına görə, məlumata görə, “Birlik-inşaat”ın fırıldaq əməlindən zərərçəkmişlər Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlğında etiraz əlaməti oalaraq avtomobil yolunu bağlayıblar.

Aksiya iştirakçıları bildiriblər ki, “Birlik-inşaat” MMC-yə məxsus, tikintisi illərlə davam edən Xətai rayonu, Rahib Məmmədov küçəsi, 20 ünvandakı 14 mərtəbəli yaşayış binası sahiblərinə verilmir. Şirkət bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb.

Vətəndaşlara 5 milyondan artıq pulunun mənimsənildiyi deyilir. Tikinti rəhbəri Elman Tağıyev isə müxtəlif bəhanələrlə sakinlərə vədlər versə də, problem həıəllini tapmır. Zərərçəkmişlərin arasında həmin binadan 3 mənzil alanlar var.

Əraziyə gələn polis əməkdaşları aksiya iştirakçıları ilə danışıqlar apararaq yolun açıqlamasın nail olublar.

Lakin zərərçəkənlərin aksiyaları davam etdirmək fikirləri var.

Mövzunu diqqətə saxlayacağıq.


Geri qayıt